"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İstehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir

27 may 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində  “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün təşkil olunan istehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirmişdir ki, istehsalat təcrübəsi ixtisas üzrə təhsil alanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktik fəaliyyət prosesidir. İstehsalat təcrübəsinin əsas məqsədi qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsidir. Bu gün turizm sektorunda savadlı, peşəkar və hazırlıqlı mütəxəsislərin yetişməsinə muxtar respublika rəhbərliyi böyük diqqət və qayğı göstərir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində “Turizm və otelçilik” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsi bunun əyani ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan  Muxtar Respublikası Turizm Departamentinə hamiliyə verilmişdir. Sərəncamın icrası ilə bağlı Turizm Departamenti tərəfindən adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, tələbələrin tarix və mədəniyyət abidələrinə, muzeylərə ekskursiyaları təşkil olunur, tədris qrafikinə uyğun olaraq tələbələrin mehmanxana və mehmanxana tipli obyektlərdə, muzeylərdə, turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təşkil edilir. Bütün bunlar tələbələrin peşə hazırlığının yüksəldilməsi və gələcəyin təcrübəli turizmçisi kimi formalaşmasına güclü stimul yaradır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizmin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ali Məclis Sədrinin 2018-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin yaradılması və müasir iş şəraiti ilə təmin olunması bu sahədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra təcrübə rəhbəri - “Naxçıvan” Universitetinin müəllimi Əli Cabbarov çıxış edərək bildirmişdir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı muxtar respublikada tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Keçirilən istehsalat təcrübəsi tələbələrin tədris prosesində əldə etdikləri nəzəri bilikləri real iş prosesində tətbiq etməsinə imkan verir, onların peşə hazırlığının yüksəldilməsinə, praktik biliklərinin artırılmasına öz müsbət təsirini göstərir. Təcrübə rəhbəri istehsalat təcrübəsinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun sektor müdiri Süleyman Rüstəmov çıxış edərək tədbir iştirakçılarına istehsalat təcrübəsinin gedişi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 13 aprel 2021-ci il tarixdən Naxçıvan Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində və departamentin tabeliyində olan müəssislərdə eləcə də muzeylərdə, mehmanxanalarda istehsalat təcrübəsinin keçirilməsi təşkil olunmuşdur. Ümumilikdə təcrübədə 21 tələbə iştirak etmişdir. Təcrübə ərzində tələbələr ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət turizm siyasətinin məqsədi və bu sahədə qazanılmış uğurlar haqqında biliklərə yiyələnmiş, turizm fəaliyyəti ilə məşğul olan obyektlərin çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onlar təcrübə zamanı Departamentin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış olmuş və müəyyən iş bacarıqlarına sahiblənmiş, təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə etmişlər.

Qeyd olunmuşdur ki, təcrübə zamanı departamentin məsul əməkdaşları tələbələrə həm nəzəri, həm də praktiki dərslər keçmişdir. Mütəxəssislər tərəfindən  turizmin sahəsinin mahiyyəti, əsas prinsipləri, fəaliyyəti, genişmiqyaslı layihələrin həyata keçirilməsi sahəsində görülən işlər barədə məlumatlar verilmişdir. Çıxışın sonunda məruzəçi istehsalat təcrübəsini uğurla başa vuran tələbələri təbrik etmiş, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

01073831
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
101
148
452
753
1073831

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: