"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan” Universitetində “Peşəkar bələdçi” təliminin II modulu keçirilmişdir

23 noyabr 2021-ci il tarixdə “Naxçıvan” Universitetində  “Turizm işinin təşkili” və “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrə “Peşəkar bələdçi” təliminin II modulu keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov bildirmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə  təşkil olunan görüşlərin böyük əhəmiyyəti var. Vurğulayıb ki, bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənir, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələbələrin formalaşmasına xidmət edir. Bütün bunları nəzərə alaraq biz hami təşkilatlarla birlikdə Sərəncamın icrası ilə bağlı olaraq tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirməyə, onlar üçün maarifləndirici görüş və seminarlar təşkil etməyə çalışırıq. Məhz bu gün keçirilən təlim də bunlardan biridir. 

Tədbirdə təlim keçən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Statistika və sertfikatlaşdırma sektorunun müdiri  Süleyman Rüstəmov ilk öncə ekskursiya-bələdçisinin peşəkarlığının tərkib hissələri haqqında tələbələrə məlumat vermişdir. Bildirmişdir ki, peşəkarlıq hər hansı bir sahədə yüksək qabiliyyət, müstəsna bacarıq deməkdir. Ekskursiya-bələdçisinin peşəkarlığının mühüm cəhəti onun qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət, əlaqə yaradıb onu uzun müddət saxlamaq bacarığıdır. Qeyd etmişdir ki, ekskursiya-bələdçisi obyektləri ekskursant qrupuna nümayiş etdirən və eyni zamanda bu nümayişi metodiki tələblərdən irəli gələn lazımı izahlarla müşayiət edərək ekskursiya keçirən bir şəxsdir. Ekskursiya işinin mərkəzi fiquru - bələdçidir. Bunlardan başqa təlimçi slayd vasitəsilətələbələrə ekskursiya zamanı bələdçilərin vəzifəsi, peşə etikası, şifahi nitqin əsas xüsusiyyətləri, nitqin dinləmə və görmə elementləri, ekskursiya zamanı daxili və xarici maneələr haqqındageniş məlumat vermişdir. Həmçinin, ekskursiya zamanı informasiyanın turistlərə ötürülməsində diksiyanın, jestlərin, mimikanın və obrazlı çıxışın əhəmiyyətini təlim iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov çıxış edərək “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” haqqında tələbələrə geniş məlumat vermiş, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilmişdir.  Bildirmişdir ki, turizm marşrutları turistlərin səyahət motivlərinə, turların müddətinə, hərəkət istiqamətinə, fəaliyyət zamanına, təşkil olunma üsullarına, istifadə olunan nəqliyyat vasitələrinin növlərinə görə təsnif olunur.

Həmçinin tələbələrə nəqliyyat vasitələrindən istifadədən asılılığa, hərəkət istiqamətinə, fəaliyyət zamanına, müddətinə görə turist marşrutlarının təsnifatları haqqında geniş məlumat verilmişdir. Sonra marşrutların hazırlanması zamanı tələb olunan qaydalar haqqında  tələbələr maarifləndirilmişdir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmış və Naxçıvan Muxtar Respublikası dini turizm xəritəsi bukleti tələbələrə təqdim olunmuşdur.

01070350
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
107
242
4433
10553
1070350

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: