"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir

9 mart 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası Turizm Departamentinin hamiliyinə verilmişdir. Bu Sərəncamın icrası ilə əlaqədar olaraq tələbələrin peşə hazırlığının yüksəldilməsi məqsədilə Departament tərəfindən mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin istehsalat təcrübəsi keçmələri təmin olunur, müxtəlif turizm məkanlarına ekskursiyaları təşkil edilir.

Məruzəçi muxtar respublikanın turizm potensialı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bidirmişdir ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə eləcə də sürətli inkişaf edən iqtisadi sektora çevrilib. Ölkəmizdə, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda turizmin inkişafı muxtar respublika iqtisadiyyatının vacib sahələrindən biri hesab edilir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa diqqət və qayğısı sayəsində muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etdir, müasir tələblərə cavab verən turizm obyektləri yaradılır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov çıxış edərək turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat vermiş, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilmişdir.  Bildirmişdir ki, turizm marşrutları turistlərin səyahət motivlərinə, turların müddətinə, hərəkət istiqamətinə, fəaliyyət zamanına, təşkil olunma üsullarına, istifadə olunan nəqliyyat vasitələrinin növlərinə görə təsnif olunur.

Həmçinin tələbələrə nəqliyyat vasitələrindən istifadədən asılılığa, hərəkət istiqamətinə, fəaliyyət zamanına, müddətinə görə turist marşrutlarının təsnifatları haqqında geniş məlumat verilmişdir. Sonra marşrutların hazırlanması zamanı tələb olunan qaydalar haqqında  tələbələr maarifləndirilmişdir.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılmış və Naxçıvan şəhərinin turist xəritəsi bukleti tələbələrə təqdim olunmuşdur.

Tədbirin sonunda muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

01081178
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
233
225
1193
8100
1081178

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: