"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Könüllülərin iştirakı ilə hikinq və kampinq fəaliyyəti təşkil edilmişdir

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 13, 16 may 2022-ci tarixlərdə Gənclər Mərkəzində “Peşəkar bələdçi” təliminin I, II modulu və 18 may 2022-ci il tarixdə Qarabağlar Türbə Kompleksində təlimin III modulu keçirilmişdir. Bu təlimlərin I və II modulları zamanı Turizm könüllülərinə ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiyanın mahiyyəti, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə, ekskursiya-bələdçisinin qrupa rəhbərlik edə bilməsi və turistlərlə ünsiyyət, əlaqə yaradıb onu uzun müddət saxlamaq bacarığı haqqında məlumat verilmişdir. Həmçinin, ekskursiya zamanı informasiyanın turistlərə ötürülməsində diksiyanın, jestlərin, mimikanın və obrazlı çıxışın əhəmiyyətini təlim iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” haqqında könüllülərə geniş məlumat verilmişdir. “Peşəkar bələdçi” təliminin III modulunda isə turizm könüllülərinə “Ekskursiya zamanı sürücünün hüquq və vəzifələri”, ekskursiya-bələdçisinin qrupla tanışlığı, turistlərin avtobusdan çıxışı, onların  obyekt yanında yerləşdirilməsi, avtobusa dönüşü, ekskursiya vaxtına riayət edilməsi, gedilən marşrut üzrə yaxınlıqda yerləşən turizm obyektlərinə baxış, obyektlərin nümayiş etdirilməsi və onun əsas üsulları, ekskursiya-bələdçisinin turist qrupu ilə əlaqəsi, eyni zamanda gəzinti, avtobus və məkan model turları haqqında məlumat verilmişdir. Bu təlimlərin davamı olaraq turizm könüllülərinin keçirilən təlimlərdə topladıqları bilik və bacarıqları praktikada tətbiq etmək üçün 22 may 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Şahbuz rayonunun Kükü kəndində Gurbulaq şəlaləsinə təşkil edilən səfər zamanı turizim könüllüləri bələdçi qismində çıxış etmişlər. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının turizm departamenti tərəfindən Camping Azərbaycan şirkətinin rəhbəri Elvin Məmmədov Bakıdan dəvət olunaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Turizmin inkişafı və təbliği” sektorunun aparıcı məsləhətçisi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Orxan Cəfərov ilə birlikdə turizm könüllülərinə hikinq və kampinq fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Təlimçilər hikinqin əvvəlcədən müəyyənləşdirilmiş yollarla yürüyüş parklarında, meşə ərazilərində və yaxud göl ətrafı ərazidə edilən qısa (8-12 km) yürüyüşlər olduğunu, muxtar respublikamızda  hikinq üçün çox ideal yerlərin mövcudluğunu, hiking çətinlik səviyyəsinə görə 6 hissəyə bölünməsi və bu səviyyələr barədə geniş məlumatları könüllülərin diqqətinə çatdırmışlar.

Eyni zamanda Şahbuz rayon Kükü kəndinin mərkəzindən Gurbulaq şəlaləsinə hiking fəaliyyəti təşkil edilmişdir. Daha sonra təlimçilər turizm könüllülərinə kamping barədə məlumat verilmişdir.  Könüllülər əyani şəkildə kamp yerinin təyin edilməsi, çadırın qurulması, çöl şəraitində yeməyin hazırlanması və kampinq üçün lazımı ləvazimatlarla tanış olmuşlar.

Könüllülərə kampinq nədir, kampinq necə edilir, düşərgə üçün lazımlı materiallar, onlardan istifadə və digər mühüm əşyalar barədə məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, düşərgə çadırları və digər lazımi avadanlıqları olan və ya əvvəlcədən hazırlanmış ərazilərdə qalan insanlar kampinqin birbaşa iştirakçısı olur. Düşərgə tək və ya digər idman növləri ilə birlikdə edilə bilər. Xüsusilə alpinizm və trekkinq kimi ekstremal idman növləri ilə maraqlananlar üçün düşərgə ayrılmaz hissədir. Bəzən günlərlə və ya həftələrlə davam edən yollarda əksər idmançılar düşərgə ləvazimatlarını da götürərək təbiətdən ləzzət alırlar. Yuxu tulumları və çadırlar ilə təhciz olunmuş düşərgə, müəyyən müddətə yaşayış yeri təmin edir. Həm meşədə, dağların yamaclarında, həm də dəniz kənarında edilə bilən düşərgə, təbiətlə təmasda olmaq deməkdir. Hər növ təbiət fəaliyyətinin əsasını təşkil edən kampinq həm də zehni olaraq rahatlamağa imkan verir. Düşərgə avadanlığının tam təchizatı kampın əsasını təşkil edir. Dəyişkən hava şəraitini nəzərə alaraq avadanlıq və geyimlər hazırlanmalıdır.

Sonda könüllüləri maraqlandıran suallar cavablandırılmışdır.

01081193
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
248
225
1208
8115
1081193

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: