"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Təbriz və Saat Meydanı hotellərinə Milli ulduz təsnifatına uyğun sertifikatlar təqdim edilib.

25 oktyabr 2022-ci il tarixdə muxtar respublikada fəaliyyət göstərən turizm sənayesi nümayəndələri və turizm könüllülərinin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Təbriz və Saat Meydanı hotellərinə Milli ulduz təsnifatına uyğun sertifikatların təqdimat tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov ilk öncə muxtar respublikada dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqət və qayğıdan, eyni zamanda muxtar respublikanın turizm potensialından bəhs etmiş, sonra qeyd etmişdir ki, bu gün muxtar respublikada yerləşdirmə obyektlərinə olan tələbatı ödəmək məqsədilə 21 mehmanxana və mehmanxanatipli müəssisə fəaliyyət göstərir. Böyük turizm potensialına malik olan qədim diyarımızda dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu icrası nəticəsində bu sahədə davamlı inkişafa nail olunmuş, turizmin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter almışdır.

 

Qeyd olunmuşdur ki, muxtar respublikada fəaliyyət göstərən hotellərin daha sağlam rəqabət aparması, müvafiq mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya köməyin göstərilməsi, mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirməsi meyarlarının müəyyən edilməsi və tətbiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2005-ci il 16 sentyabr tarixli 131 nömrəli Qərarı ilə təsdiq olunmuş “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”na uyğun olaraq “Ekspert qrupu” yaradılmış, Saat Meydanı hotelinə və Təbriz mehmanxanasına AZS 745-2015 Azərbaycan Respublikası Dövlət Standartına müvafiq olaraq təsnifatdan keçirilərək Milli ulduz kateqoriyasının verilməsi üçün baxış keçirilmişdir. Nəticədə hotellərin təklif etdikləri xidmətlərin adıçəkilən standartdakı meyarlara uyğunluğu əsas götürülərək müvafiq ulduz dərəcələri ilə qiymətləndirilmiş və sertifikatlar hazırlanmışdır.

 

Direktor qeyd etmişdir ki, sertifikatın verilməsi üçün ekspert qrupu tərəfindən qiymətləndirmənin nəticələri qrup üzvləri tərəfindən akt formasında tərtib edilmiş və imzalanmış, sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi üçün attestasiya komissiyasına təqdim olunmuşdur. Attestasiya komissiyası tərəfindən müəyyən edilmişdir ki, qanunvericiliklə müəyyən olunmuş qayda, metod və mexanizmlər əsasında mehmanxanalarda ulduz kateqoriyalarının qiymətləndirilməsi həyata keçirilmişdir. Komissiya sertifikatlaşdırma fəaliyyətində uyğunluğun qiymətləndirilməsi zamanı qərarların qəbul edilməsində qərəzsizliyin, maraqların toqquşması hallarının qarşısının alınması və sertifikatlaşdırmanın obyektivliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görmüşdür. Sertifikatın qüvvədəolma tələblərinə riayət edilməsinə nəzarət Departament tərəfindən sertifikatın qüvvədə olduğu müddətdə obyektdə sertifikatlaşdırmanın tələblərinin yerinə yetirilməsinə dair müfəttiş nəzarəti vasitəsilə həyata keçirilir. Sertifikatlaşdırılmış obyektlərə nəzarətin keçirilməsi zamanı sertifikatlaşdırılmış parametrlərlə normativ sənədlərin tələbləri arasında uyğunsuzluq aşkar edilərsə, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması, sertifikatın qüvvəsinə xitam verilməsi və sertifikatlaşdırma prosedurlarının yenidən aparılması haqqında qərar qəbul olunur. Sertifikatın qüvvədə olma müddəti üç ildir.

Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri, ekspert qrupunun rəhbəri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş standartların tələblərinə  əsasən həyata keçirilir. Muxtar respublikada mövcud olan yerləşmə vasitələrinin ulduz kateqoriyasının müəyyənləşdirilməsi məqsədilə qiymətləndirilməsi AZS 745-2015 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” dövlət standartının 5-ci hissəsində nəzərdə tutulmuş mehmanxana və mehmanxana tipli obyektlərin ulduz kateqoriyalarının əsas meyarlarına və  bu standartın Əlavə 1-də nəzərdə tutulmuş qiymətləndirilmə meyarlarına uyğun bal hesablanması əsasında aparılır. Məruzəçi qeyd etmişdir ki, Turizm haqqında Azərbaycan Respublikasının Qanununun 1.1.21-ci bəndinə əsasənMehmanxana (hotel)  qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı 1 dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 (on bir) olan yerləşmə vasitəsidir ki, bunlar Təbriz və Saat meydanı hotellərində təmin olunub. Belə ki, bütün nömrələrdə çarpayı, yumşaq mebel dəsti, televizor, minibar, elektrikli çaydan, elektron seyf, çap məhsulları, telefon, şkaf, paltar asılqanı, tikiş dəsti, yazı vasitələri və qeyd kitabçası, diş pastası, təraş dəsti, daraq, sabun, bone, şampun, duş jeli, makyaj pambığı, manikür dəsti, xalat, dəsmal, fen və təmizlik qutuları qoyulmuşdur. Eyni zamanda internet, yanğın siqnalizasiya, mərkəzi isitmə və soyutma sistemləri mövcuddur.Ümumiyyətlə bütün nömrələr standartın tələblərinə müvafiq, 4 və 5 ulduz kateqoriyasına uyğun gələn mebel və avadanlıqlarla, bərk və yumşaq inventarlarla, qonağın hər cür ehtiyaclarını təmin edəcək əşyalarla təchiz edilmişdir. Avadanlıqlar istər funksionallıq, istərsə də interyer baxımından göz oxşayandır.  Vurğulanmışdır ki, baxış zamanı qiymətləndirmə meyarları üzrəminimal ballarla əlavə ballar toplanmış“Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi.” AZS 745-2015 Azərbaycan Respublikası Dövlət Standartının tələblərinə müvafiq olaraq Təbriz hotel 5, Saat Meydanı hoteli 4 ulduz kateqoriyasına layiq görülmüşdür.

Sonra məruzəçi 27 dekabr 2021-ci il tarixdəqəbul olunmuş Turizm haqqında Azərbaycan Respublikasının yeni Qanunu və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində olan dəyişikliklərlə bağlı iştirakçılara məlumat vermişdir.

Sonra çıxış edənekspert qrupunun üzvü Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Nəzarəti bölməsinin rəisi, daxili xidmət mayoru, Etibar Məmmədov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən mütəmadi olaraq mehmanxanalarda və hotellərdə yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılır. Yoxlama zamanı binanın daxilində mövcud olan yanğınsöndürmə vasitələrinə, binanın elektrik və qaz təsərrüfatına, avtomatik yanğınsöndürmə və yanğın xəbərverici sistemlərinə, qazanxanalara, havalandırma sistemlərinə və insanların yanğın hadisəsi zamanı təxliyə olunması üçün əsas ehtiyyat çıxışlara baxış keçirilir, obyekt rəhbərləri bu istiqamətdə maarifləndirilir.

Sonra hotel nümayəndələrinə ulduz kateqoriyalarına görə  müvafiq olaraq uyğunluq sertifikatlarıtəqdim edilmişdir.

Tədbirin sonunda iştirakçılar üçün Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

01081315
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
117
253
1330
8237
1081315

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: