"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Alman turistin Naxçıvan barədə təəssüratları.

Ötən həftə Almaniya vətəndaşı Thorsten Mueller Naxçıvanda olmuş, ölkəsinə qayıtdıqdan sonra Naxçıvana səyahət etdiyi tur rəhbərinə səs yazısı göndərərək təşəkkürünü çatdırmışdır. Həmin fikirləri təqdim edirik.

Mənim adım Thorsten Muellerdir. 52 yaşım var. Almaniyadan Naxçıvan Muxtar Respublikasına səfər etmişəm. Almaniyada orta məktəblərə bağlı sosial yardım təşkilatında işləyirəm. Bura səyahət etdiyim 77-ci ölkədir. Naxçıvan indiyə qədər gördüyüm ən təmiz məkandır. Hətta təmizlik baxımından Sinqapurdan da öndədir. Mən səfərdən öncə Almaniyada dedim ki, Naxçıvana səfər edirəm. Ətrafımda olan insanlardan heç kəs Naxçıvanı tanımırdı. Buranı hədsiz dərəcədə sevdim. Bura çox səliqəlidir və landşaftı ecazkardır. Sakinləri mehriban, havası isə əladır. Tur rəhbəri Kamal ilə burada çox yerləri gəzdik. Naxçıvan Palace Hoteldə gecələdim. Otel hədsiz dərəcədə gözəl idi. Birlikdə Əlincə qalasına getdik.Nəiminin türbəsini ziyarət etdik. Duzdağ Fizioterapiya Mərkəzində olduq. Qarabağlara getdik. Qarabağlar türbəsi məni daha çox heyrətləndirdi. Əlincə qalası mənə Qafqazın Maçu Piçusu təsirini bağışladı. Naxçıvanda işıqforun qırmızı rəngi sənin nə qədər gözləməli olduğunu bildirir. Vahid məktəbli geyimləri çox gözəldir. Almaniyada bununla rastlaşmamışam. Dünən biz çox gözəl restoranda idik. Orada yaxşı yeməklər yedik və bağda pivə içdim. Mən həyatım boyu çox pivələrin dadı ilə tanış olmuşam ancaq qeyd edim ki, bu, ən yaxşılarından idi.

Düşünürəm ki, Naxçıvanın çox böyük turizm potensialı vardır. Çox yaxşı olar ki, bura turistlər gəlib gəzsinlər. Mən Naxçıvana turistləri qruplar şəklində gətirməyin mümkünlüyünü yoxlayacağam. Qruplar 10-20 nəfərdən ibarət olacaqdır. Düşünürəm ki, növbəti il mən bu səfəri reallaşdıraram və gəlib Naxçıvanda istirahət edərik. Beləliklə Naxçıvanın Almaniyada daha çox insan tərəfindən tanınmasına nail olaram.

 

00697338
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
194
382
1148
2269
697338

Tarix: 08-12-2022
Biz, sosial şəbəkələrdə: