"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Turizmdə marketinq fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilmişdir.

19 oktyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və Naxçıvan Universitetlərinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrinə Naxçıvan Muxtar Respublikasının turizm potensialı, Naxçıvan  Muxtar Respublikasının Turizm Departamentinin fəaliyyəti barədə məlumat verilmiş, Turizmdə marketinq fəaliyyətinintəşkili mövzusunda seminar keçirilmişdir.

Turizm Departamentinin “Turizmin inkişafı və təbliği” sektorunun əməkdaşı Orxan Cəfərov çıxış edərək bildirmişdir ki, bütün sahələrdə olduğu kimi turizm sahəsində də kadr hazırlığı ən mühüm məqsədlərdən biridir. Muxtar respublikada turizm sektorunun peşə və ixtisas səviyyəsi yüksək olan kadrlarla təminatı da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət və Naxçıvan Universitetlərinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan  Muxtar Respublikasının Turizm Departamentinə hamiliyə verilmişdir. 

Tədris ili ərzində tələbələrlə mütəmadi görüşlər keçirilir, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyalar təşkil edilir, təcrübələr keçirilir, maarifləndirici seminarlar təşkil olunur. Həmçinin, bu ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə “Turizm könüllüsü” layihəsinə start verilmiş, Naxçıvanın turizm könüllüləri loqosu hazırlanaraq könüllülər vahid simvol ətrafında birləşmişlər. Layihə çərçivəsində müvafiq ixtisasda təhsil alan tələbələrdən ibarət turizm könüllülərinin muxtar respublikada keçirilən festivallarda və digər mədəni-kütləvi tədbirlərdə iştirakı təmin edilmiş, könüllülərdən turların təşkilində bələdçi qismində istifadə edilmişdir. Bundan başqa “Turizm könüllüsü” layihəsinin iştirakçıları ilə tez-tez görüşlər keçirilmiş, müxtəlif mövzularda seminarlarn təşkil edilmişdir. Bütün bu sadalananlar tələbələrin gələcəkdə peşəkar kadr, keyfiyyətli turizmçi, turizm əmək bazarının ehtiyaclarına uyğun mütəxəssis kimi formalaşmasına öz müsbət təsirini göstərir. Həmçinin məruzəçi  könüllülərə Naxçıvanın turizm potensialı və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Turizmin inkişafı və təbliği” sektorunun əməkdaşı Elşən Mehralıyev Turizmdə marketinq fəaliyyətinin təşkilimövzusunda çıxış etmişdir. Məruzəçi bildirmişdir ki,istehsalat sahəsində yaradılmış marketinq, turizm sahəsində uzun zaman öz yerini tapa bilmirdi. Lakin turizm sahəsində tələb və təkliflərin artması, rəqabətin kəskinləşməsi və nəhayət, turizm bazarının formalaşması turizmdə marketinqin yaranmasına  səbəb oldu.Turizm marketinqi bir turistlik bölgənin yaxud turizm müəssisəsinin yüksək qazanc əldə etmək hədəfinə uyğun olaraq, turizm məhsulunun bazarda yaxşı bir mövqe tutması məqsədi ilə turizm tələbinin xüsusiyyətlərini də diqqətə alaraq turistik məhsul ilə bağlı araşdırma, seçim etməyi hədəfləyən və bu mövzulardan alınacaq qərarlarla əlaqəli bir idarəetmə fəlsəfəsidir.Turizm və təbliğat anlayışları bir-biri ilə sıx əlaqəli iki anlayışdır. Turizm sektorunda söz sahibi olmaq üçün düzgün təbliğat mexanizmi mütləqdir. Təbliğatı yaxşı olmayan heç bir şeyin dəyəri yoxdur. Təbliğat fəaliyyəti hədəf auditoriyanı aydınlatmaq və məlumat çatışmazlığını aradan qaldırmaq üçün istifadə olunan bir planlamadır. Təbliğat, turistik bölgənin təbii ehtiyatlarını, tarixini və əsas keyfiyyətlərini istifadə edərək potensial turistlərin məlumatlandırılması və ölkənin turistik dəyərləri haqqında müsbət təsəvvür yaradılmasıdır.

Turizm sahəsi ilə əlaqəli Marketinq, bir müəssisənin tətqiqat, proqnozlaşdırma və turizm məhsul və xidmətlərinin seçimi yolu ilə turist tələbini maksimum dərəcədə təmin etməyə çalışdığı sistematik bir prosesdir. Məhsulun istehsalçıları artdıqca, marketinqə olan tələbat da bir o qədər artır. Bu şəkildə qurulan bazar münasibətləri rəqabətli bazar iqtisadiyyatı adlanır. Güclü inkişaf etmiş bazar münasibətləri marketinqin səmərəli fəaliyyəti üçün zəmin yaradır, bu isə istehsal ilə istehlak arasında sıx əlaqələrin yaranmasını təmin edir. Turizmdə marketinqin uğuru bazarın hərtərəfli təhlilindən, bir turizm məhsulunun istehsalından, sistemlərin və satış kanallarının təhlilindən, məhsul reklamından asılıdır. Marketinq planlaşdırılmasını həyata keçirmək vacibdir. Turizmdə marketinq planlaşdırılması ticarət siyasətinin əlaqələndirilməsinə, satış taktikalarının düzgün tətbiq edilməsinə və qazanc əldə edilməsinə kömək edəcəyini vurğulamışdır.Sonda isə mövzu ətrafında müzakirə aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

01070348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
242
4431
10551
1070348

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: