"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq Kulinariya Günü qeyd olunub

Oktyabrın 20-də Naxçıvan Dövlət Film Fondunda Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov açaraq əlamətdar günün əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi qeyd olunamsı haqda qərar qəbul edib.

Beynəlxalq Kulinariya Günü ölkəmizdə 2007-ci ildən etibarən qeyd olunur. Bu günün ölkəmizdə qeyd edilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.

Sonra “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə “Naxçıvan mətbəxi” mövzusunda çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdiyi gündən öz tarixinə, milli-mədəni irsinə, dəyərlərinə, tarixi köklərinə sahib çıxmağa başladı. Bu dəyərlər içərisində milli mətbəximiz də vardır. Mətbəx mədəniyyəti bu və ya digər bir xalqın incəsənətini, musiqisini, rəqslərini, mahnılarını, düşüncə tərzini, fiziki görünüşünü, geyimlərini, folklorunu, bayramlarını səciyyələndirən başlıca amildir. Naxçıvanın əlverişli-coğrafi şəraiti hələ qədim zamanlarda burada insanların yaşamasına imkan yaratmışdır. Yurdumuzun uzaq qərinələrə gedib çıxan böyük keçmişə və yüksək inkişaf etmiş mədəniyyətə malik olması onun mətbəxində də öz əksini tapır.

Qeyd olunub ki, zəngin tarixə və böyük nailiyyətlərə malik Naxçıvan mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Buna görədir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və təbliği məqsədilə 9 aprel 2009-cu ildə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Bu sərəncam dövlətimizin, ümumilikdə, kulinariya mədəniyyətimizə göstərdiyi qayğıya nümunədir.
Vurğulanıb ki, Naxçıvanda süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi süfrəyə böyük ehtiram göstərilib, süfrə estetikası və etikasına son dərəcə dəqiqliklə əməl olunub.

Sonda “Naxçıvan mətbəxi” adlı film nümayiş olunub.

 

01081199
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1
253
1214
8121
1081199

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: