"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanın müalicəvi turizm imkanları dəyərləndirilir

Naxçıvanın müalicəvi turizm imkanları dəyərləndirilirMuxtar respublikada  250-dən çox mineral və müalicəvi su mənbəyi var. Onlardan bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Bu yeraltı sərvətlərdən biri də “Darıdağ” arsenli mineral suyudur.

Bu sudan hələ qədim zamanlardan sümük-oynaq, əzələ, dayaq-hərəkəti sistemi xəstəliklərində, o cümlədən  duzlaşma  adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edilib. “Darıdağ” Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Bayram günlərində də yerli və xarici vətəndaşlar müalicə üçün buraya üz tuturlar. Müalicəxana ilin bütün fəsillərində gündəlik iki növbədə xidmət göstərir.

Novruz bayramı ərəfəsinə muxtar respublikaya gələn turistlərin üz tutduqlar məkanlardan biri də şöhrəti ilə dünyaya səs salan, möcüzəvi şəfa ocağı “Duzdağ” Fizioterapiya Mərkəzidir. “Duzdağ” yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin sağlamlığına qovuşmasında mühüm rol oynayır. Təkcə ötən il “Duzdağ”ın xidmətlərindən 6 min nəfər istifadə edib.

Qeyd edək ki, muxtar respublikanın müalicə turizm imkanları mütəxəssislər tərəfindən də yüksək dəyərləndirilir. Burada mövcud olan təbii şəraitdən və yaradılmış imkanlardan istifadə etməklə daha yaxşı nəticələrin qazanılması istiqamətində tədbirlər davam etdirilir.

01073834
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
104
148
455
756
1073834

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: