"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib

İyulun 19-da Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Milax kənd sakinlərinin iştirakı  ilə “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov  turizm, onun mahiyyəti, inkişafı, sahələri və Culfa rayonunun turizm potensialı haqqında məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Culfa rayonu dini, maddi-mədəniyyət abidələri, qədim tarixi, rəngarəng təbii müxtəlifliyi və unikal müalicə məkanları ilə zəngin  olduğundan mütəmadi olaraq turistlərin diqqətini cəlb edir. Rayon ərazisində yerləşən “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu, Qazançı və Ləkətağ körpüləri, Xanəgah Abidələr Kompleksi, Ərəfsə və Ərməmməd piri, Darıdağ Arsenli Su Müalicəxanası, zəngin fauna və florası ilə mədəni, dini, ekoloji və müalicə turizminin əsas mərkəzlərinə çevrilmişdir.

“Kənd yaşıl turizmin inkişaf perspektivləri” mövzusunda çıxış edən Gülüstan Mədəniyyət Evinin metodisti Günel Allahverdiyeva bildirmişdir ki, “Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Qədim diyarda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Bu mənada Culfa rayonunun turizm potensialını xüsusi qeyd etmək lazımdır. Qədim tarixi, milli-mənəvi dəyərləri, dini abidələri, zəngin flora və faunası rayonda turizmin bir çox sahələrinin inkişaf etdirilməsi üçün şərait yaradır.

Vurğulanmışdır ki,  rayonda kənd yaşıl turizmi üçün də geniş potensial var. Turistlər üçün lazım olan təmiz hava və təbii su ehtiyatı, yaşıllıq, abadlaşdırılmış kənd şəraiti, cəlbedici təbiət mənzərələri, burada da infrastrukturun, xüsusilə də yolların yüksək səviyyədə olması və qonaqpərvərlik bu sahə üçün hazır ehtiyatlardır. Kənd yaşıl turizmi turizm üçün başlanğıc rolunu oynayıb. Kənd yaşıl turizminin inkişafı yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən də asılıdır. Bu sahənin sosial inkişafın təmin edilməsində əhəmiyyəti çoxdur. Çünki kəndə gələn turist kənd əhalisinin bütün təbəqələrinin sosial vəziyyətinə təsir edə bilir. Buna misal kimi əhalinin maddi rifahının yaxşılaşdırılması, kənd əhalisinin istehsal etdikləri məhsulların satışı, insanlar arasında ünsiyyət və yaxınlaşma, bölgənin adət-ənənəsi, məişətinin öyrənilməsi, təbliği və s. qeyd etmək olar.

Sonda kənd sakinlərini maraqlandıran suallar cavablandırılmışdır.

01081177
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
232
225
1192
8099
1081177

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: