"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Şahbuz rayonunda “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib

İyulun 20-də Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Kükü kənd sakinlərinin iştirakı  ilə “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mübariz Əliyev qeyd etmişdir ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir. 

Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Qədim diyarda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Muxtar respublika kəndlərinin çoxu coğrafi baxımdan dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Münbit torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar ekoloji turizmin inkişafı üçün zəngin təbiət sərvətləridir.

“Kənd yaşıl turizmin inkişaf perspektivləri” mövzusunda çıxış edən Kükü kənd Mədəniyyət Evinin direktoru Çingiz Hüseynov  bildirmişdir ki, Qədim diyarımızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, istirahət və əyləncə mərkəzlərinin yaradılması, tarixi-mədəni irsə qayğı, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji, nəqliyyat, rabitə xidmətinin yüksəldilməsi muxtar respublikada turizmin inkişafını şərtləndirir. Bu gün Naxçıvan kəndləri təmiz havası, saf suyu və ekoloji təmiz məhsulları, əlverişli iqlim şəraiti, abad yol və müasir rabitə xidməti ilə turizmin inkişafı üçün böyük imkanlar açır. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Sonda kənd sakinlərini maraqlandıran suallar cavablandırılmışdır.

 

01081177
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
232
225
1192
8099
1081177

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: