"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Turizmdə reklam və təbliğatın rolu” mövzusunda seminar keçirilib

Sentyabrın 21-də “Naxçıvan” Universitetində bu təhsil ocağının Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə “Turizmdə reklam və təbliğatın rolu” mövzusunda seminar keçirilib. Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin iş planına əsasən təşkil olunub.

Tədbiri “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Hüseyn Bağırsoylu açaraq belə tədbirlərin keçirilməsinin məqsəd və əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, turizm ilə bağlı keçirilən tədbirlər tələbələrin bu sahədə peşəkar kadr kimi yetişməsində və dünyagörüşünün artmasında əhəmiyyətli rol oynayır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Republikasında turizmin inkişafı üçün görülən tədbirlər ilbəil dinamik xarakter alır. Qədim diyarımızda turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün gözəl perspektivlər mövcuddur. Bərəkətli torpaq, saf su, bol günəş, zəngin mətbəx mədəniyyəti, təmiz hava, zəngin dərman bitkiləri, qədim mədəni irs və tarixi abidələr deməyə əsas verir ki, gələcəkdə bu sahədə daha uğurlu nəticələrə nail olmaq üçün hər cür şərait var.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə diqqət və qayğısı nəticəsində müalicə mərkəzləri yenidən qurulmuş, şəhər və kəndlərimizdə infrastruktur müasir tələblərə uyğun inkişaf etdirilmişdir ki, bu da muxtar respublikamıza gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Belə ki, 2017-ci ilin yanvar-avqust aylarında muxtar respublikamıza 243 mindən çox turist gəlmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Vurğulanıb ki, ötən il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların uğurlu icrası da turizmin inkişafında əsaslı dönüş yaratmağa xidmət edir.

Seminarda “Naxçıvan” Universitetinin müəllimi Əli Cabbarov “Turizm ehtiyatlarının təbliğində elektron – informasiya resurslarının yaradılmasının əhəmiyyəti”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin məsləhətçisi Ayaz Əliyev “Turizmdə reklam və təbliğatın rolu”, “Naxçıvan” Universiteti Turizm İnformasiya Mərkəzinin müdiri Şahnaz Məmmədova “Turizmin inkişafında xidmət sektorunun rolu” mövzusunda çıxış ediblər. Çıxışlarda turizm ehtiyatlarının təbliğində elektron-informasiya resurslarından istifadə, reklam işinin əhəmiyyəti, təbliğat vasitələrinin müxtəlif yollarından geniş söhbət açılıb. Eyni zamanda turizmin inkişafında müxtəlif xidmət sektorunun düzgün qurulmasının da əhəmiyyəti qeyd edilərək bildirilib ki, regionda turizmin inkişafına məsul olan hər bir insandan bu sahədə bilik, bacarıq və yüksək məsuliyyət tələb olunur. Turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması bu sahədə mühüm rol oynaya bilər. Çıxışlarda turizm marşrutları, mehmanxana xidməti, turizm maraqlarının öyrənilməsi, ekskursiyaların təşkili, mətbəx mədəniyyəti, reklam işinin formaları və təbliğatın qurulması, reklam – informasiya vasitələrinin hazırlanması yollarından maraqlı nümunələr göstərilib. Bu işdə kadr hazırlığı məsələsındən də danışılıb. Bildirilib ki, peşəkar xidmət göstərilməsi həm də turizm gəlirlərinin əldə olunmasında səmərəli nəticə verə bilər.

Seminar Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarxın nümayişi ilə başa çatıb.

01070366
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
113
4449
10569
1070366

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: