"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya yola salınıb

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 26-da Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdlər Bakıya çatıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını folklor və rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar.

Qrupun rəhbəri, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Pənah İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird, 20 bələdçi-müəllim Bakıya gəlib. Budəfəki səyahət də əvvəlkilər kimi yaddaqalan olacaq. Şagirdlər üç gün ərzində paytaxtımızın tarixi abidələri ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Aysun Nağdəliyeva “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməkdən çox məmnun olduğunu söyləyib. Bu layihə çərçivəsində paytaxtımızın tarixi abidələri ilə yaxından tanış olmaq imkanı qazandığını deyən məktəbli səfərdən zəngin təəssüratlarla qayıdacağını və burada gördükləri barədə məktəbli dostlarına da geniş məlumat verəcəyini söyləyib.

Babək rayon Yarımca kənd məktəbinin şagirdi Kənan Məmmədov təəssüratlarını bölüşərək bildirib ki, tur-aksiya çərçivəsində o və yoldaşları Bakıda yeni dostlar qazanacaqlar. Eyni zamanda, ekskursiya ərzində ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı zəngin məlumatlar əldə edəcəklər.

Naxçıvanlı şagirdlər dörd gün ərzində Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət və Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.

01066480
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
101
262
563
6683
1066480

Tarix: 20-11-2024
Biz, sosial şəbəkələrdə: