Azərbaycan Turizm Assosiasiyasının (AzTA) yeni komitəsi təsis edilib.
Bu barədə AZƏRTAC-a qurumun idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib.
“AZTA –nın idarə heyətinin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə komitə yaradılıb. Yeni komitənin artıq ilk iclası keçirilib. İclasda inzibati məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş üzrə komitənin rəhbəri vəzifəsinə Samirə Quliyeva seçilib. Bununla da Azərbaycan Turizm Assosiasiyasının komitələrinin sayı 5-ə çatıb. Bunlar gəlmə turizm, getmə turizm, nəqliyyat məsələləri, otellərlə iş və bələdçilərlə iş üzrə komitələrdir”, – deyə Göydəniz Qəhrəmanov bildirib.
Qeyd edək ki, Samirə Quliyeva “Guide Services” şirkətinin rəhbəridir.