"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Euronews” telekanalı “Açıqcalar” silsiləsinin növbəti buraxılışını Duzdağın sirlərinə həsr edib

Dünyanın aparıcı telekanallarından olan “Euronews” Naxçıvanın tarixi-­mədəni irsini və turizm imkanlarını əks etdirən tanıtım videosüjetlərinin yayımına başlayıb, Möminə xatın türbəsi, Haçadağla bağlı reportajların ardınca telekanalın rusdilli versiyasının saytında Duzdağ barədə “Azərbaycan açıqcaları – Duzdağ dağının sirri” başlıqlı videoreportaj da yerləşdirilib.

“NUHÇIXAN” xəbər verir ki, “Euronews” əməkdaşları Qalina Polonskaya və Pol Tunin ötən ay Naxçıvana səfər edərək bu qədim diyarda çəkilişlər aparıblar. 12 xarici dildə yayımlanan və dünyada milyonlarla izləyicisi olan “Euronews”un budəfəki reportajı və məqaləsi Duzdağa həsr olunub. Vurğulanır ki, burada milyonlarla ton duz ehtiyatı var. Naxçıvan şəhərindən 14 kilometr aralıda yerləşən Duz dağı müalicəvi xüsusiyyəti olan təbii xəzinədir. Hələ qədim İpək yolunun mövcud olduğu vaxtlar burada daşduz çıxarılırdı. XX əsrdən isə Duzdağdan tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün istifadə etməyə başlayıblar. Duzun iyi artıq içəri girən kimi hiss olunur. Amma müalicə effektini almaq üçün ən azı 5 saat burada qalmaq lazımdır.

Duz mağaraları istənilən beşikdən daha yaxşı yuxu gətirir. Turistlər üçün isə giriş pulsuzdur. 

“Nuhçıxan” İnformasiya Agent­liyi xəbər verir ki, izləyicilərin böyük marağına səbəb olan və internet üzərindən minlərlə izləyici tərəfindən baxılan reportajda Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Zülfiyə Həsənova mərkəz haqqında məlumat verərək deyib ki, bu yer təkcə tənəffüs orqanlarının xəstəliklərini müalicə etmir, biz onun dəriyə faydalı təsirini də müşahidə etmişik. 

Süjetdə “Duzdağ” oteli və Duz Muzeyinin də fəaliyyətinə nəzər salınır.

01065934
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
17
261
1612
6137
1065934

Tarix: 18-11-2024
Biz, sosial şəbəkələrdə: