"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələr Ədəbiyyat Muzeyində olublar

Dekabrın 13-də Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olublar.

Muzeylə tanışlıq zamanı tələbələrə bildirilib ki, 1966-cı ildə yaradılmış muzeyin fondunda 20329 eksponat var. Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet, jurnal, xatirə əşyaları və digər muzey materialları barədə ətraflı məlumat verilib. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir. Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və  heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər – afişalar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də  vardır.

Ardını oxu...

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il  noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Şahbuz rayonunun Ağbulaq kəndində kənd turizm-istirahət bölgəsinin yaradılması istiqamətində tədbirlər görülür. 

Dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək demişdir: Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılmasında məqsəd muxtar respublikada kənd turizminin bir bölgənin timsalında inkişafına nail olmaq və gələcəkdə digər kəndlərdə də tətbiq etməkdən ibarətdir. Bu gün dünyanın bir çox ölkələrində təmiz ekoloji şəraiti olan, flora və fauna ehtiyatının qorunduğu yerlərdə turizm bölgələri yaradılır. Muxtar respublikada da turizm bölgələrinin yaradılması üçün yerlər mövcuddur. Həmin yerlər içərisində ən əlverişlisi isə Ağbulaq kəndidir. Ona görə də Ağbulaqda turizm bölgəsinin yaradılması sahəsində tədbirlər görülmüş, kənd abadlaşdırılmış, müasir infrastruktur yaradılmış və kənddəki 65 ev yenidən qurularaq müasir şəraitlə təmin edilmişdir. Artıq Ağbulaq kəndi turizm istirahət bölgəsi kimi fəaliyyət göstərməyə hazırdır.

Ardını oxu...

“CNN arabic” telekanalının internet saytında Haçadağla bağlı məqalə yerləşdirilib

Bu il noyabrın 28-də dünyanın aparıcı media qurumlarından olan “CNN arabic” telekanalının rəsmi internet saytında “Azərbaycanda zirvəsi iki hissəyə parçalanmış İlanlı dağ və onun Haçadağ adlandırılmasının səbəbi” sərlövhəli məqalə yerləşdirilib. 
Yaxın Şərqdəki ərəbdilli ölkələrdə milyonlarla insan tərəfindən izlənilən bu kanalın saytında son zamanlar ölkəmizin zəngin tarixi, mədəniyyəti, adət-ənənələri, mətbəxi və turizm potensialı haqqında silsilə məqalələr dərc edilir. Naxçıvanın simvolu sayılan Haçadağla bağlı məqalə də media qurumunun “Twitter” sosial şəbəkəsindəki səhifəsində milyonlarla izləyicinin marağına səbəb olmuşdur. 

Ardını oxu...

Özbəkistanın saytında Naxçıvanla bağlı məqalə yerləşdirilib

Özbəkistanın nüfuzlu “uchildiz.uz” internet saytında “Naxçıvan Azərbaycanın qədim diyarıdır” sərlövhəli məqalə yerləşdirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dərc olunan məqalədə Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, ərazisi, əhalisi, sərhədləri barədə məlumat verilmiş, muxtariyyət tarixinə nəzər salınmış, müasir inkişafdan bəhs olunmuşdur.

Məqalədə vurğulanmışdır ki, Ermənistan tərəfindən blokada şəraitində saxlanmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmişdir. Muxtar respublikanın əsas makroiqtisadi göstəriciləri – ümumi daxili məhsulun həcmi, adambaşına düşən ümumi daxili məhsul, sənaye məhsulunun istehsalı, kənd təsərrüfatı məhsulları, əsas kapitala investisiya qoyuluşu, xarici ticarət dövriyyəsi, xidmət sektoru və digər sahələr, təqribən, 20 dəfə artmışdır. Mə­dəniyyət, səhiyyə, təhsil, infra­struktur və digər sahələrdə ciddi nailiyyətlər əldə olunmuşdur. Bu gün Naxçıvan dövlət və hökumət başçılarının görüş yeri, nüfuzlu beynəlxalq konfransların və forumların keçirildiyi diyardır. Yazıda 2018-ci il üçün Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı, həmçinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsinə toxunulmuşdur.

Ardını oxu...

Naxçıvanda ilk: gözoxşayan möhtəşəm bir məkanda Kənd Turizm-İstirahət Bölgəsi yaradılır

Gündən-günə çiçəklənən, böyük nailiyyətlərə imza atan qədim Naxçıvanda turizmin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı da doğma diyarımızda bu sahənin inkişafına göstərilən diqqət və qayğının növbəti ifadəsidir. 

Turizm ehtiyatlarımızın gizli qalmış potensialının üzə çıxarılmasına əsaslı töhfə

Həmin sərəncama əsasən muxtar respublikanın füsunkar bölgələrindən biri olan Şahbuz rayonunda yaradılan Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi kənd turizminin inkişafını daha da sürətləndirib ona yeni çalarlar qatacaqdır. Dövlət sənədində qeyd olunduğu kimi əlverişli təbii-­coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Ağbulaq kəndi kənd turizmi üçün böyük potensiala malik olduğuna görə ötən illər ərzində burada mühüm tədbirlər həyata keçirilib. Ağbulaq kəndində fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırıb, Ağbulaq İstirahət Mərkəzi yaradılıb. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülüb, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilib.

Ardını oxu...

Naxçıvan Duz Muzeyinin saytı istifadəyə verilib

Dünən Naxçıvan Duz Muzeyinin www.duzmuzeyi.nakhchivan.az internet saytının təqdimatı keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru Camal Babayev deyib ki, Naxçıvan Duz Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılıb. Sərəncamda da qeyd olunduğu kimi Naxçıvan şəhərinin tarixi Duzdağın tarixi ilə sıx əlaqədardır. Duz mədənləri həm Naxçıvanın Daş dövrünü, həm də bu şəhərin yaşını müəyyən etmək baxımından çox əhəmiyyətli tədqiqat obyektidir.

Bildirilib ki, muzeyin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu bütün dünyaya çatdırmaq, aparılan elmi-tədqiqat işlərinin sistemləşdirilməsini və elmi araşdırmalar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələrinin qorunub saxlanmasını və təbliğini təmin etməkdir.

Qeyd olunub ki, Naxçıvan duzunun qədim tarixinə və Naxçıvan Duz Muzeyinə göstərilən dövlət qayğısının daha bir nümunəsi muzeyin saytının yaradılmasıdır. Sonra sayt haqqında məlumat verilərək bildirilib ki, sayt 7 bölmə və 3 alt bölmədən ibarətdir. Ana səhifədə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamı yerləşdirilib. Naxçıvan Duz Muzeyi bölməsi “Naxçıvan Duz Muzeyi haqqında”, “Tədbirlər”, “Naxçıvan duzu tarixi mənbələrdə” alt bölmələrindən ibarətdir.

Ardını oxu...

00823898
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
286
143
744
4799
823898

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: