"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına həsr edilmiş poçt markası və zərf tədavülə buraxılmışdır

Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin həmin il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıqla bağlı görüləcək işlərin istiqaməti müəyyənləşdirilib, Tədbirlər Planının layihəsi müzakirə olunub.

Tədbirlər Planında poçt markası və zərfin buraxılması da nəzərdə tutulub. Artıq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sifarişi ilə “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış 100 min marka və 100 min zərf muxtar respublikaya gətirilib və yanvar ayının 8-dən etibarən tədavülə buraxılıb. Ölkədaxili və beynəlxalq poçt göndərişlərində istifadə olunması nəzərdə tutulan standartölçülü poçt markasının üzərində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipi təsviri olan poçt zərfinin ölçüləri 220 x 112 millimetrdir. 

Bundan əlavə, içərisində 12 ədəd marka və 1 ədəd birinci gün zərfi olan və üzərində Haçadağın “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” loqotipinin və “Gülüstan” türbəsinin əks olunduğu 100 ədəd hədiyyə bukleti hazırlanıb.

01080732
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
12
381
747
7654
1080732

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: