"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilən iclasında Tədbirlər Planı təsdiq olunmuş və icrasına başlanılmışdır. Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılmışdır.

Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 2018-ci il yanvarın 13-dən istifadəyə verilmişdir.

İnternet səhifəsi 8 əsas və 27 alt bölmədən ibarətdir. “Ana səhifə” bölməsi “Rəsmi sənədlər” və “Tədbirlər” alt bölmələrindən ibarətdir. “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı “Rəsmi sənədlər” bölməsində yerləşdirilmişdir. “Tədbirlər” bölməsində isə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həllinə dair məlumatlar əksini tapmışdır.

Saytın “Naxçıvan haqqında” başlıqlı əsas bölməsi “Naxçıvan Muxtar Respublikası”, “Təbiəti”, “Şəhər və rayonları” alt bölmələrindən ibarətdir. Bu bölmələrdə muxtar respublikanın tarixi, fauna və florası, inzibati ərazi bölgüsü, nəqliyyat infrastrukturu, inzibati binaları, konsert-tamaşa, təhsil müəssisələri və digər sahələr haqqında məlumatlar yerləşdirilmişdir.

Saytın “Mədəniyyət” bölməsi Məscidlər”, “İmamzadələr”, “Tarix-memarlıq abidələri”, “Sənətkarlıq”, “Memarlıq”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Milli geyimlər”, “Milli mətbəx”, “Muzeylər”, “Teatrlar” və “Kitabxanalar” olmaqla 12 alt bölmədən ibarətdir. Bu bölmələrdə mədəniyyət və incəsənət sahələri haqqında məlumatlar yerləşdirilmiş, həmçinin “Naxçıvan milli geyimləri” və “Naxçıvan mətbəxi” elektron kitablarına keçidlər verilmişdir. Saytda muxtar respublikada fəaliyyət göstərən muzeylər, teatrlar və kitabxanalar haqqında ətraflı məlumatlar verilmişdir.

“Turizm” adlanan bölmədə Naxçıvan Muxtar Respublikasının turizm potensialı, dini turizm və müalicə turizmi obyektləri, o cümlədən yerləşdirmə obyektləri haqqında ətraflı məlumat verilmiş, ünvan və əlaqə vasitələri qeyd olunmuşdur.  

“Fotoqalereya” və “Videoqalereya” bölmələrində muxtar respublikanın tarix-mədəniyyət abidələri, turizm potensialı, parkları, mehmanxanaları, müasir infrastrukturu haqqında foto və video materiallar yerləşdirilmişdir.

“Faydalı informasiya” bölməsində muxtar respublikada fəaliyyət göstərən banklar və xarici nümayəndəliklər haqqında ətraflı məlumat verilmiş, ünvan və əlaqə vasitələri yerləşdirilmişdir. Həmçinin faydalı informasiya mənbələri sayılan digər elektron resurslara keçid linkləri verilmişdir.

“Qonaq rəyləri” bölməsində rəy dəftəri yaradılmış, muxtar respublikaya gələn qonaqların və saytdan istifadə edənlərin elektron qaydada rəy yaza bilmələri üçün şərait yaradılmışdır.

2018-ci il üçün Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı il ərzində keçirilən tədbirlər, görülmüş işlər və yeniliklər “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsində (www.imp.nakhchivan.az) öz əksini tapacaqdır.

01080730
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
381
745
7652
1080730

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: