"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Yaponiyadan gələn nümayəndə heyəti Naxçıvandan xoş təəssüratlarla ayrılıb

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Okinava prefekturası parlamentinin sədri Kina Masaharu “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Mən birinci dəfədir ki, Naxçıvana gəlirəm və buranın təbiətinə çox heyran oldum. Burada küçələrin təmizliyi, şəhərin arxitekturası məni valeh etdi. Yaponiyanın Okinava prefekturasında Miyakocima adlanan gözəl bir şəhərimiz var,  bu şəhər Naxçıvana çox bənzəyir. Səfərimizin də əsas məqsədi bu şəhərlər arasında qardaşlıq əlaqələrinin qurulmasıdır. Eyni zamanda bildirim ki, biz bura 40 nəfərlik nümayəndə heyəti ilə gəlmişik. Heyətimizin tərkibində şəhər parlamentinin üzvləri və yerli sahibkarlar var. Burada olduğumuz müddətdə gördük ki, Naxçıvanda çox gözəl, müasir tələblərə uyğun istehsal müəssisələri fəaliyyət göstərir. Bu, bizi çox sevindirdi. İnanırıq ki, Naxçıvanla bağlı aldığımız məlumatlar, burada gördüklərimiz əməkdaşlığımızın növbəti mərhələlərində böyük rol oynayacaq”.

 

World Investors TV-nın rəhbəri İşida Kazuyasu: “Mən Azərbaycanı sevirəm. Və işlətdiyim smart phone telefonumun arxasına Azərbaycanın bayrağını vurmuşam. Və bununla qürur duyuram. Getdiyim hər yerdə Azərbaycan haqqında danışıram. Bu gündən buna Naxçıvan da daxil oldu. Bu şəhərdə qorunan qədim abidələrdən, əşyalardan gözümü çəkə bilmirəm. Mən  World Investors TV-nın rəhbəri kimi öz proqramlarımda bundan bəhs edəcəyəm, görüntülər göstərəcəyəm. Mən bu şəhərdə özümü naxçıvanlı kimi hiss etdim”.

 

Yaponiyalı sahibkar Kenichi Kobayaşi: “Mənim turizm şirkətim var. Çox ölkələrdə olmuşam. Ancaq Naxçıvanda gördüyüm mənzərələri görməmişəm. Uca dağları, yaşıllığı çox olan əraziləri, insanlarının mehribanlığı və səmimiyyətini çox bəyəndim.  Əsl turizm bölgəsidir. Mən qarşıdakı aylarda öz dostlarımla turist kimi yenidən bu bölgəyə gələcəyəm”.

 

 

 Yaponiyalı sahibkar  Kamiya Sohel: “Mənim 38 yaşım var. Siyasətlə məşğul oluram. Çox ölkələrdə olmuşam. Amma burada olan insanların isti münasibətini görməmişəm. Sanki öz şəhərimdəyəm. Növbəti il dostlarımla Naxçıvana gələcəyəm və inanın ki, bu şəhərin təmiz havasından ayrılmaq istəmirəm”.

 

 

 

 Yaponiyalı sahibkar Takako Nakazau: “Mən uzun illərdir ki, informasiya texnologiyaları ilə məşğul oluram. Görüşlər zamanı deyildi ki, Naxçıvan şəhərində internet kanalının sürətli olması səbəbindən bütün məntəqələr geniş zolaqlı simsiz internetdən istifadə edir. Bu, o deməkdir ki,  şəhərdən kənarda yaşayan insanlar məlumatsız qalmırlar. Bu, gözəl bir haldır. Duzdağ məni ovsunladı. Yeməkləriniz çox dadlı və ləzzətlidir”. 

01063072
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
256
340
2888
3275
1063072

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: