"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ami Lin: “Dördüncü nəsil texnologiyası bu gün Naxçıvanın ən ucqar yaşayış məntəqələrində belə istifadədədir. Bu, böyük uğur və mühüm naliyyətdir”

Çinin “Huawei” şirkətinin baş vitse-prezidenti xanım Ami Lin Naxçıvana səfər edib və bir sıra işgüzar görüşlər keçirib, Naxçıvanla tanış olub.

Dünyanın ən böyük telekommunikasiya şirkətlərindən olan “Huawei” ilə Naxçıvan Muxtar Respublikası arasında ötən 15 ildə səmərəli əməkdaşlığın qurulduğunu qeyd edən qonaq yeni texnologiyaların iqtisadi inkişafdakı əhəmiyyətinə toxunub, Huawei şirkətinin muxtar respublika ilə əməkdaşlığa bundan sonra da mühüm əhəmiyyət verəcəyini bildirib.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyaları Nazirliyi ilə “Huawei” şirkəti arasında “Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində telekommunikasiya şəbəkəsinin yeni nəsil telefon stansiyaları ilə əvəz edilməsi” haqqında müqavilə imzalanıb.

Çinin “Huawei” Şirkətinin  baş vitse-prezidenti xanım Ami Lin deyib ki, bizim şirkətin Azərbaycanla sıx əlaqəsi və işgüzar əməkdaşlığı var:

“Artıq 15 ildir ki, Naxçıvanla əməkdaşlıq edirik. İndi bizim buraya gəlmək və əlaqələri daha da genişləndirmək üçün imkanımız var. Çünki, tərəfdaşımız peşəkar və etibarlıdır. Xüsusən mən Naxçıvanın  Rabitə və Yeni Texnologiyalar Nazirliyini qeyd etmək istəyirəm. Naxçıvanda müasir informasiya kommunikasiya texnologiyalarından geniş istifadə edilir və bütün hər yerdə ən son yeniliklər tətbiq olunur. Ən qabaqcıl ölkələrdə tətbiq edilən 4G-yeni nəsil texnologiyası bu gün Naxçıvanın ən ucqar yaşayış məntəqələrində belə istifadədədir. Muxtar respublikanın bütün ərazisi rəqəmsal televiziya yayımı ilə təmin edilib. İnternet azad və sətbəstdir. Bu,  böyük uğur və mühüm texnoloji nailiyyətdir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşdən və əməkdaşlığın yüksələn xətlə inkişafından böyük razılıq hissi keçirdiyini bildirən xanım Ami Lin deyib:

“Bu gün Ali Məclisin Sədri cənab Vasif Talıbovun uğurla rəhbərlik etdiyi bu gözəl məkanı öz gözlərimlə görürəm. Şəhərinizdə qədimliklə yeniliyin  gözəl harmoniyası vardır. Milli ənənələrin yaşadıldığını, insanların əməksevərliyini hiss etdim. Onların  enerjisi və bütün qüvvəsi gələcəyə yönəlib. Bunların hamısı insana  müsbət enerji bəxş edir. Öz tərəfimdən söz verirəm ki, gələcəkdə də Naxçıvanla  sıx əməkdaşlıq edəcək, yerli mütəxəssislərlə əlaqələrimizi möhkəmləndirəcəyik. Biz birlikdə ən müasir informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirəcəyik”.

01063042
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
226
340
2858
3245
1063042

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: