"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq sipmoziumun iştirakçıları Naxçıvandan gözəl təəssüratlarla ayrıldılar

Xəbər verdiyimiz ki, 17-18 noyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı  elmi simpozium Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun, Atatürk Araşdırma Mərkəzinin və İğdır Universitetinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Atatürk Araşdırma Mərkəzinin direktoru Əli Beyhan və Samsun 19 May Universitetinin müəllimi İbrahim Tellioğlu Naxçıvanda keçirilən tədbirin əhəmiyyəti haqqında öz təəssüratlarını “Şərq Qapısı” oxucuları ilə bölüşüblər.

Atatürk Araşdırma Mərkəzinin direktoru Əli Beyhan:  Bildiyimiz kimi keçirilən Beynəlxalq Elmi Simpozium “Mərkəzi Araz Hovzəsi tarix və mədəniyyət fonunda” adlanırdı. Naxçıvan Mərkəzi Araz adlandırdığımız coğrafi regionun mərkəzində yerləşir. Naxçıvan Böyük İpək Yolundan həm Anadoluya həmdə Asiyaya çıxan dəhlizdir. Bu nöqteyi-nəzərdən Naxçıvan  tarixi regiondur və belə beynəlxalq tədbirlərin burada keçirilməsi məqsədə uyğundur. Simpoziuma gəldikdə isə deyə bilərəm ki, tədbir mükəmməl keçdi. Azərbaycan Milli Elmlər Akademiyasından və onun Naxçıvan Bölməsindən, Azərbaycanın və Türkiyənin bir sıra universitetlərindən olan elm adamları burada iştirak edirdi. Mühazirələr zamanı tarix, coğrafiya, etnoqrafiya və ədəbiyyat haqqında maraqlı fikirlər səsləndi və müzakirə edildi. Elmi nəticələrin qiymətləndirilməsi hamı üçün maraqlı oldu. Mənim Naxçıvan haqqında təəssüratlarıma gəldikdə isə deyə bilərəm ki,  hər şəhərin bir tarixi mənbəyi vardır. Lakin Naxçıvanın tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Heç bir tarixi mənbədə Naxçıvanın yaranması ilə bağlı dolğun məlumat yoxdur. Buda onu göstərir ki, Yer üzərində insanlar mövcud olan tarixdən Naxçıvanda yaşayış olmuşdur. Naxçıvanın coğrafi mövqeyi də bunun  üçün əlverişli şərait yaratmışdır.

Bu baxımdan Naxçıvan və onun ərtaf əraziləri bizə regionun tarixi barədə zəngin məlumat verir. Indiyə gəldik də isə, Naxçıvan təmiz havası olan, təmiz, yaşıllıq içində müasir və gözəl şəhərdir. Mən dünyanın bir çox şəhərlərində olmuşam amma sizi inandırıram ki, Naxçıvan ən çox bəyəndiyim şəhərlərdən birinə çevrildi. Eyni zamanda Naxçıvanın əhalisi gülərüz, mehriban, xoşrəftar və qonaqpərvərdir. Burada özümü doğma ölkəmdəki kimi hiss etdim. Dilimiz, adət-ənənələrimiz, mətbəximiz çox oxşar olduğundan demək olar ki eynidir. Buna görə də mən elmi simpoziumun Naxçıvanda keçirilməyindən çox şad oldum.

Samsun 19 May Universitetinin müəllimi İbrahim Tellioğlu: “Mərkəzi Araz Hovzəsi tarix və mədəniyyət fonunda” adlı simpoziumun Naxçıvanda keçirilməyi mühüm əhəmiyyət daşıyır. Naxçıvan Anadoluya giriş qapısı hesab edildiyindən bu ərazi Türkiyə tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Beynəlxalq Elmi Simpoziumda bu barədə mühazirələr dinlənildi, müzakirələr edildi. Bu tədbir Mərkəzi Araz Hövzəsinin tarixini, arxeoloji və mədəni həqiqətlərini birgə müzakirə etmək üçün bizə hərtərəfli şərait yaratdı. Regionu tədqiq edən bir tarixçi elm adamı kimi azərbaycanlı elm adamları ilə belə bir mötəbər tədbirdə fikir mübadiləsi aparmaq mənim üçün çox xoş oldu. Naxçıvan bəşər övladının məskunlaşdığı ilkin yaşayış yerlərindən biridir. Buda o deməkdir ki, Nakhchivan yaşı əsrlərlə ölçülən mədəniyyətin və sivilzasiyanın beşiyidir. Bu tarix indidə Naxçıvanın qoynunda yaşayır. Bu mənim buraya birinci gəlişim idi, mən burada Samsunda danışdığım dillə danışıram, orada alışdığım mədəniyyətə burda da qarşılaşıram. Bu vəziyyət Ərzurum, Qars, Malatya və Türkiyənin başqa regionlarından olan insanlar üçün də eynidir. Buda onu göstərir ki, bizim aramızdakı sərhəd xətti sadəcə rəsmi xarekter daşıyır. Həqiqətən kökü, tarixi, mədəniyyəti eyni olan xalqlar üçün sərhədlər heç nə ifadə etmir. Naxçıvan türk dünyasına açılan bir qapıdır. Bütün toponimlər və adlar Türklülüyün işarəsi və möhürüdür. Bu adlar Naxçıvanda əsrlərdən bəridir  yaşayıb və bundan sonra da yaşayacaqdır. Biz Naxçıvan şəhərinə heyran olduq və buranı çox bəyəndik. Qədimlilik və müasirlik burada vəhdət təşkil edir. Görülən böyük işlərlə, yeni tikililərlə bərabər tarix burada qorunur. Bir tərəfdə yaşı əsrlərlə ölçülən tarixi abidələr, digər tərəfdə müasir binalar - Naxçıvanın gözəlliyi məhz elə bundadır. Sosioloqlar bunu sağlam inkişaf adlandırırlar. Digər tərəfdən şəhər çox təmizdir və səs-küydən uzaqdır. Elə bil şəhər müntəzəm olaraq görünməz bir əl tərəfindən idarə edilir. Naxçıvanı belə bir vəziyyətdə görmək məni çox qürürlandırdı.

01063039
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
223
340
2855
3242
1063039

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: