Bildiyiniz kimi, 17-18 noyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı 2 günlük elmi simpoziumun iştirakçılarından biri Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu idi. Söhbət etdiyimiz qurumun rəhbəri Darya Ors bu önəmli tədbirin mühüm insanlarından biri idi. O dedi:
- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Naxçıvan Dövlət Universiteti, İğdır Universiteti ilə birgə Atatürk Araşdırma Mərkəzi, Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu Naxçıvan Muxtar Respublikasında keçirilən Beynəlxalq Elmi Simpoziumun təşkilatçıları idilər. Simpoziumun açılış mərasimində, həmdə keçirilən bölmə iclaslarında Araz hovzəsində yerləşən Naxçıvanın qədim tarixi, burada formalaşan qədim tarixlə bağlı çox dəyərli elmi faktlar, elmi konsepsiyalar dinlənildi, mühüm tədqiqatların nəticələri iştirakçılara təqdim edildi. Biz çox şad olduq ki, uzun müddətdən bəri yüksək səviyyədə təşkil etmək üçün hazırlıqlar apardığımız elmi tədbir gözlədiyimizdəndə uğurlu alındı.
Bildiyimiz kimi Türk dünyası çox böyük bir coğrafiyanı, mədəniyyəti əhatə edir. Türk millətinin Türkiyə tarixində çox mühüm yeri vardır. Naxçıvan Türk dünyasının göz bəbəyi hesab edildiyindən bəşəriyyətin və insanlığın əldə etdiyi ilk mədəni ocaqdır və Türk torpağı kimi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu burada formalaşan böyük mədəniyyət Naxçıvanla bərabər Şərqi Anadolunu da əhatə edir. Bu coğrafiyada formalaşan mədəniyyət, əsrlər boyu burada ucaldılan maddi-mədəniyyət nümunələri bizim təbii sərvətimizdir. Bu torpaqda yetişən tarixi şəxsiyyətlərin adları gördüyü işlərlə tarixə qızıl hərflərlə həkk olunmuşdur. Buna gorə Mərkəzi Araz Hövzəsinin müxtəlif tarixi dövrlərə aid dini-mədəni, iqtisadi-sosial həyatının inkişafı, həmçinin digər mühüm tarixi prosessləri Azərbaycanın və onun Naxçıvan Muxtar Respuplikasının, və Türkiyədən olan elm adamları ilə birgə müzakirə edilir. Bu mənada, iki qardaş ölkənin elm adamları ilə keçirilən əməkdaşlıq elmi simpoziumun sevincini də təcrübə etmiş olduq. Belə ki, Türkiyə və Azərbaycan eyni dilə, eyni dinə malikdir, eyni zamanda ulu öndərin hər zaman dediyi kimi “Bir millət, iki dövlət” dir. Biz coğrafiya və mədəniyyət baxımından çox yaxınıq.
Vurğulamaq istəyirəm ki, mən belə bir simpoziumun gözəl bir diyar olan Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində keçirilməyindən çox şad oldum. Simpoziumda iştirak edən bizim elm adamlarının elmi mühazirələri kitab formasında çap ediləcək və bu yolla daha geniş kütləyə çatdırılmış olacaq. Daha çox insan bu kitablardan istifadə edə biləcək və bu kitablar gələcəkdə elmi tədqiqatlar üçün mənbə olacaqdır. Gələn il biz Naxçıvan Dövlət Universitetində Türk Dili Qurumunun iştirakı ilə Azəri və Türk mövzusuna həsr olunmuş elmi konfrans keçirməyi nəzərdə tuturuq. Bu konfransda biz türk dilinin bu iki gözəl dialektinin keçmişini və bugününü, eyni zamanda ümumi dialektin yaradılmsı məsələsini müzakirə edəcəyik. İcazə verin deyim ki, bu mənim buraya ilk səfərimdir. Blokada şəraitində yaşayan Naxçıvan 25 il əvvəl ciddi problemlər yaşayırdı. Buna baxmayaraq, mənim bugün burada müşahidə elədiyim şeylər başqa bir mənzərədir. Bugünün Naxçıvanı çox gözəl və təhlükəsizdir. Naxçıvan sürətlə inkişaf edir. Burada çox gözəl infrastruktur yaradılmışdır. Kəndlər və şəhərlər bərpa edilmişdir. Ətraf mühit mühafizə olunur. Naxçıvan şəhərində müasir binalar tikilib. Elmi müəssisələr hər cür avadanlıqla təhciz olunmuşdur. Bunu Naxçıvan Dövlət Universitetinin timsalında aydın müşahidə edirik. Universitetin çox gözəl şəhərciyi və maddi-texniki bazası var. Burada yüksək keyfiyyətli təhsilin təşkili üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar bir daha göstərir ki, Naxçıvan müasir dövrün tələblərinə uyğun inkişaf səviyyəsinə çatmış, insanların yaşayış səviyyəsi yüksəlmiş, yaşamaq şərtləri əhəmiyyətli dərəcədə artmışdır. Qardaş bir ölkənin vətəndaşı kimi Naxçıvanıın bu səviyyəyə yüksəlməsini görmək məni çox qürurlandırdı, özümü xoşbəxt hiss etdim. İstərdik ki, bütün Türk dünyası bu səviyyəyə yüksəlsin.