"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İsrail səfiri Dan Stav: "İsrail Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır və bu, əməli işə çevriləcək"

İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikamızın qədim tarixi abidələri və mədəniyyət obyektləri ilə tanış olub.

Səfir Naxçıvan haqqında təəsüratlarını belə ifadə edib.

"Naxçıvana səfərim Azərbaycanın müxtəlif regionlarına sərfərlərimin bir hissəsidir. Naxçıvan Azərbaycanın çox vacib tərkib hissəsidir. Naxçıvanda gördüklərim məndə çox böyük təəssüratlar oyatdı. Xüsusilə də Naxçıvandakı müasir xəstəxananın mövcudluğu, mineral sularla  müalicə   sisteminin  mövcud olmasını ayrıca qeyd etməliyəm. Bütün bunlar Naxçıvanın həm yüksək turizm potensialının olduğunu, həm də yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu səfərin məqsədi odur ki, burada  qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığı quraq, əlaqələri inkişaf etdirək. Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab  Vasif Talıbovla və  nazirlərlə də görüşdüm. Görüşlərin əsas məqsədi səhiyyə və kənd təsərrüfatı sahəsində əməkdaşlığımızı genişləndirməkdir".

Səfir bildirib ki, İsrail Naxçıvan Muxtar Respublikası ilə iqtisadi sahədə əməkdaşlığa maraqlıdır və bu, əməli işə  çevriləcək:

"Bu gün müşahidə etdim ki, Naxçıvan həm də yüksək ixrac potensialına malik məhsullar istehsal edir. "Gəmiqaya Holdinq"in nümayəndələri ilə də görüşdüm. Görüşün də məqsədi İsrail  şirkətləri ilə “Gəmiqaya Holdinq” arasında  mümkün ola biləcək əməkdaşlıq barədə  müzakirələr  aparmaq idi".

01070345
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
102
242
4428
10548
1070345

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: