"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Acarıstanlı uşaqlar Naxçıvanda onlar üçün yaradılmış şəraitdən çox razıdırlar

Naxçıvanla tanışlıq acarıstanlı qonaqlarda zəngin və maraqlı təəssürat yaradıb.

Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, həkim Marika Xalvaşi təəssüratlarını belə bölüşüb:

“Əvvəlcə mən öz adımdan və bura gəlmiş uşaqların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz dərin minnətdarlığımızı bildirirəm. Bilirik ki, muxtar respublika rəhbərinin qayğısı və diqqəti nəticəsində hər il acarıstanlı aztəminatlı ailələrin uşaqları Naxçıvana gələrək burada müalicə olunurlar. Bizi qonaqpərvərliklə qarşılayıb, uşaqların müalicəsilə mütəmadi maraqlanırlar. Artıq bizim uşaqlar bir neçə gündür, buradadırlar və müalicənin effektini görməkdəyik. Müalicə üçün gözəl şərait yaradılıb. Eyni zamanda burada olduğumuz günlərdə uşaqların şəhərlə tanışlığı da nəzərə alınıb. Təşkilatçılıq çox yüksək səviyyədədir. Artıq bir neçə muzeydə olub, şəhərin tarixi məkanları haqqında məlumat almışıq. Şəhərinizin qədimliyi və gözəlliyi çox xoşumuza gəldi”.Naxçıvanla tanışlıq acarıstanlı qonaqlarda zəngin və maraqlı təəssürat yaradıb.

Acarıstandan gəlmiş valideyn Dali Kekieşvili də söhbətə qoşularaq dedi:

“Naxçıvana ilk dəfədir ki, gəlirəm. Çox maraqlı yerdir. Şəhərinizin qədimliyi, müasirliyi, təmizliyi insanı valeh edir. Mən oğlumun müalicəsi üçün bura gəlmişəm. Bu işin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm”.

 

 

 


Acarıstan Muxtar Respublikasından müalicə üçün Naxçıvana gəlmiş uşaqlar da onlar üçün burada yaradılmış şəraitdən, göstərilən qayğıdan razıdırlar. Beka Bolkvadze 8-ci sinif şagirdidir. Onun dediklərindən:

“Naxçıvana ilk dəfədir ki, gəlirəm. Duzdağ Fizioterapiya Mərkəzi çox mükəmməl yerdir. Xəstələrin müalicəsi üçün burada gözəl şərait yaradılıb. Bura gədiyimiz ilk gündən özümü yaxşı hiss etməyə başlamışam. İnanıram ki, burada tam müalicə olunacağam”.

 

 

İrakli Turmanidze isə 10-cu sinif şagirdidir. O da təəssüratlarını bizimlə bölüşdü:

“Naxçıvan haqqında eşitmişdim. Burada müalicə almaq üçün qrupa yazıldığımı öyrənəndə çox sevindim. Bizə məlumat verdilər ki, Naxçıvan Muxtar Respublikasının rəhbəri hər il yuxarı tənəffüs yolları xəstəlikləri olan uşaqların burada müalicəsini təşkil edir. Buna görə də çox minnətdaram. Arzu edirəm ki, sağlamlığa ehtiyacı olan digər uşaqlar da bu imkandan yararlana bilsinlər”.

 

 

Beşinci sinif şagirdi Nini Davitadze də Naxçıvana gəldiyi üçün çox sevinclidir:

“Başqa ölkələrdə olmaq mənim üçün çox maraqlıdır. Naxçıvanı bəyəndim. Burada bizə lazımi qayğı göstərirlər, uşaqlarla maraqlanırlar. Yeni dərs ilində Naxçıvanla bağlı xoş təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm”.

 

 

 

Qeyd edək ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələr 2012-ci ildən başlayaraq həyata keçirilən qarşılıqlı rəsmi səfərlər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin ildən etibarən müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq əlaqələri genişlənib. Hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsinin təşkili də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

 

01070345
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
102
242
4428
10548
1070345

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: