"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İtaliyanın Sienna Universiteti əməkdaşlarının Naxçıvan Muxtar Respublikası haqqında təəssüratları

İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Qonaqlar səfər təəssüratlarını belə ifadə ediblər.

Nümayəndə heyətinin rəhbəri Paolo Konti:  “Azərbaycanın dilbər guşəsi olan Naxçıvan müasirliyi və tarixi abidələri ilə bizdə xoş təəssürat yaratdı. Naxçıvanlılar gülərüz və qonaqpərvərdirlər. Naxçıvandakı inkişaf, buradakı səliqə-sahman və abadlıq çox xoşumuza gəldi. Buranın təmiz havası, gözəl təbiəti, güclü infrastrukturu var. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mühüm işlər görülür. Müqayisə edim ki, hazırda İtaliyada və bir çox Avropa ölkəsində alternativ və bərpa­olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisi ümumi istehsalın 10 faizini, Naxçıvan Muxtar Respublikasında isə 60 faizindən çoxunu təşkil edir. Mən buna, sadəcə, həsəd aparıram”.


Nümayəndə heyətinin üzvü Tommaso Kolonna:  
“Azərbaycanın çox böyük əhəmiyyətə malik bölgəsi olan Naxçıvan Muxtar Respublikasına səfərimiz bizə bu qədim diyar haqqında ətraflı məlumat almaq imkanı verir. Xüsusilə də təhsil sisteminin müasir avadanlıqlarla təmin olunması, muxtar respublikanın ərazisində müalicəvi suların mövcudluğu Naxçıvanın yüksək inkişafının və turizm potensialının göstəricisidir. Səfər çərçivəsində muxtar respublikanın bir sıra tarixi yerlərində və mədəniyyət müəssisələrində olduq. Bunların içərisində ən yaddaqalanı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi idi. Həmçinin Naxçıvan Günəş Elektrik Stansiyası bizdə yüksək təəssürat yaratdı. Bir daha şahidi olduq ki, Naxçıvanda alternativ enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər nümunə gücündədir”.


Fahimeh Riyazi“Naxçıvan Muxtar Respublikasına gəlişimizdən məmnunluq duyduq. Olduğumuz ünvanlarda bizi yüksək səmimiyyətlə qarşıladılar. Muxtar respublikanın 50 yaşlı təhsil ocağında müasir informasiya texnologiyalarının tətbiqi, müəllim-tələbə münasibətləri, yeni təlim üsullarından istifadə, tələbələrin elm, bilik öyrənməyə böyük maraqları, onların doğma diyarın tarixi, mədəniyyəti, abidələri barədə bilgiləri bu təhsil ocağında tədrisin günün tələbləri səviyyəsində qurulduğunu təsdiq edir. Səfərimiz çərçivəsində muxtar respublikanın bir sıra mədəniyyət obyektlərində olduq. Heydər Əliyev Sarayında fəaliyyət göstərən Rəsm Qalereyasında sərgilənən əsərlər yüksək zövqlə işlənib. Regionun tarixi abidələri, təbiət mənzərələri, müasirliyə qovuşmuş yaşayış məntəqələri, inkişafı rəsm əsərlərində öz əksini tapıb. Naxçıvanlı sənətkar­ların öz doğma yurd yerlərinə bağlılığını bu əsərlərdə qabarıq hiss etmək mümkündür”.

01063047
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
231
340
2863
3250
1063047

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: