"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İstehsalat təcrübəsinin başlanğıc konfransı keçirilmişdir

13 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə IV kurs tələbələrinin 2019-2020-ci tədris ilinin payız semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışmışdır.

Qeyd olunmuşdur ki,  bütün sahələrdə olduğu kimi turizm sahəsində də ən mühüm amillərdən biri kadr hazırlığıdır. Muxtar respublikamızda bu sahədə olan kadr təlabatını ödəmək məqsədilə Naxçıvan Dövlət və “Naxçıvan” Universitetlərində turizm və otelçilik ixtisası üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq turizm və otelçilik ixtisası Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə hamiliyə verilmişdir. Ötən dövr ərzində Sərəncamın icrası məqsədilə tələbələrlə mütəmadi görüşlər keçirilmiş, seminarlar və ekskursiyalar təşkil edilmişdir. Ə.Novruzov təcrübədə tələbələrin praktiki bacarıqlarının inkişafına və ixtisaslı bir turizm işçisi kimi formalaşmalarına xüsusi diqqət yetiriləcəyini, təcrübə prosesində tələbələrin fəallıq göstərməsinin vacibliyini vurğulayaraq onlara uğurlar arzulamışdır.

Sonra Naxçıvan Dövlət Universitetinin təcrübə rəhbəri Həbib Zeynalov çıxış edərək tələbələrin hazırlıq səviyyəsinin müəyyən edilməsində istehsalat təcrübəsinin əhəmiyyətini vurğulamış, növbəti istehsalat təcrübəsinin keçirilməsində göstərilən köməkliyə və yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun aparıcı məsləhətçisi Süleyman Rüstəmov çıxış edərək istehsalat təcrübəsinin proqramı haqqında tələbələrə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təcrübə müddətində tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası, həmçinin muxtar respublikada fəaliyyət göstərən mehmanxanaların və turoperatorların, eləcə də Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanışlığı təmin ediləcəkdir.

Konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

01070380
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
24
113
4463
10583
1070380

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: