"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

26 sentyabr 2020-ci il tarixdə Turizm Departamentinin Nəbatat bağına ekskursiyası təşkil olunmuşdur

Ekskursiya zamanı məlumat verilmişdir ki, muxtar respublikamızda Nəbatat bağının yaradılması 1972-ci ilə təsadüf edir. Belə ki, həmin il Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə Babək rayonu ərazisində bugünkü Nəbatat bağı yaradılmışdır. İndi bu bağ hər kəsin zövq aldığı yaşıl məkan olmaqla yanaşı, həm də bu sahədə tədqiqat aparan alimlərin baş çəkdiyi ünvandır. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun nəzdində fəaliyyət göstərən Nəbatat bağında indi dünyanın bir çox guşələrindən gətirilmiş bitkilər yetişdirilir.

Hazırda dünyanın bir çox yerlərində tükənməkdə olan nadir bitkilərin qorunması üçün dövlət qoruqları və xüsusi mühafizə olunan təbii ərazilər mövcuddur. Lakin bioloji müxtəlifliyin qorunmasında və inkişaf etdirilməsində əsas missiyanı Nəbatat bağları həyata keçirir. Bu qəbildən olan bağlar həm də turizmin inkişafında mühüm rol oynayır. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələri haqda tanıtım çarxlarında Nəbatat bağları haqda məlumatlar daha dolğun əksini tapır. Nəbatat bağlarının ən qədim nümunələrinə Çində və Aralıq dənizi sahili ölkələrində rast gəlinir. Meyvə ağacları, tərəvəzlər, dərman istehsalında lazım olan bitkilər bu bağlarda becərilir. 

O da qeyd olunmuşdur ki, Nəbatat bağında muxtar respublikamızın bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.

Bağda Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri vardır. Hazırda muxtar respublikanın iqlim şəraitinə uyğunlaşa biləcək müxtəlif növlər üzərində elmi-tədqiqat işləri aparılır. Əsas məqsədlərdən biri də Naxçıvanda botanika ilə məşğul olan və bitkilər aləmi ilə maraqlanan hər kəsi buraya cəlb etmək, onu elmi-tədqiqat işlərinin mərkəzi etməkdir.

01070364
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
8
113
4447
10567
1070364

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: