"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələr 13 dekabr 2021-ci il tarixdə “Saat Meydanı” Hotelinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, turizmdə yerləşdirmə xidməti səfərin ən əhəmiyyətli komponentlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda infrasruktur quruculuğu sahəsində atılan qətiyyətli addımlar turizmin inkişafına mühüm zəmin yaratmışdır. Artıq müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşılayır.

Qeyd olunmuşdur ki, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birbaşa diqqət və qayğısı sayəsində muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etdirilir, müasir tələblərə cavab verən turizm obyektləri yaradılır. Zaman keçdikcə təbii amillərin təsirindən böyük dağıntılara və aşınmalara məruz qalan tarix-memarlıq abidələri əsaslı şəkildə bərpa olunaraq əvvəlki görkəminə qaytarılır. Bunun nəticəsidir ki, son illər muxtar respublikada həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, yaradılan müasir infrastruktur, yaşıllıqların artırılması, tarixi-memarlıq abidələrinin yenidən bərpa olunması, müasir turizm obyektlərinin yaradılması, müalicə mərkəzlərinin yenidən qurulması, beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsi, müxtəlif festivalların təşkil olunması regionda turizmin inkişafına əsaslı təsir etmiş və muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuşdur.

Məruzəçi mehmanxana fəaliyyətinin təşkili, mehmanxanaların növləri, mehmanxana və mehmanxana tipli müəssisələrin qiymətləndirilməsi, bu müəssisələrdə dövlət standartlarının tətbiqi qaydaları, mehmanxana və mehmanxana tipli obyektlərin kateqoriyalarının fərqləndirilməsi üçün onların ümumi anlayışı və əsas meyarları, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi sahəsində müəyyən edilmiş prosedurlar və qanunvericiliyin tələbləri haqqında tələbələrə geniş məlumat vermişdir.

Sonra “Saat Meydanı” Hotelinin qəbul-qeydiyyat şöbəsinin müdiri Sadiq Məmmədov çıxış edərək “Saat Meydanı” Hotelinin ümumi fəaliyyəti, xidmət bölmələri arasında münasibətlərin koordinasiyası, turist məmnunluğunu təmin etmək üçün həyata keçirilən tədbirlər, işçi heyətin hazırlığının yüksəldilməsi və qabaqcıl xidmət üslubunun tətbiqi sahəsində görülən işlər haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, hoteldə mövcud olan şərait ən həssas müştərini belə razı salmağa imkan verir.

Çıxışlardan sonra mehmanxananın qəbul-qeydiyyat bölməsində hotel nömrələrini sifariş etmə kanalları, nömrələrin satılması, boş nömrələrin təyin olunması, müştəriyə hesabın təqdim edilməsi, qonaq hotelə gəlməmişdən əvvəl, onun nömrəsinin hazırlanması, qonağın qarşılanması, nömrə fondunun kartının tərtib edilməsi, nömrə təqdim etmək üçün zəruri sənədləşmənin rəsmiləşdirilməsi, restoran bölməsində mehmanxana  nəzdində turistlərin qidalanmasının təşkili, qonaqların qarşılanması və keyfiyyətli xidmətin əsas qaydaları, banket nümunələri və xidmətin formaları, menyuda yeməklərin ardıcıl düzülüşü, gündəlik hazırlıq, stolun bəzədilməsi və kulinar məhsulların masaya verilməsi qaydaları tələbələrə əyani olaraq göstərilmiş, həmçinin, mehmanxananın digər şöbə və bölmələrinin fəaliyyəti, qonaqlara göstərilən əlavə xidmətlər, otaqların şəraiti, hoteldə həyata keçirilən təmizlik-dezinfeksiya tədbirləri, nümayiş olunan məlumat lövhələri, transfer xidmətinin təşkili haqqında tələbələrə geniş məlumat verilmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Qeyd edək ki, istehsalat təcrübəsi dekabr ayının sonunadək davam edəcəkdir.

01081438
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
71
169
1453
8360
1081438

Tarix: 28-12-2024
Biz, sosial şəbəkələrdə: