"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş  Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. 17-fevral 2022-ci il tarixdən 27-may  2022-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərdə və turizm obyektlərində davam edəcək istehsalat təcrübəsinin qrafikinə əsasən tələbələr 11 mart 2022-ci il tarixdə Heydər Əliyev Muzeyində istehsalat təcrübəsində olublar.

Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  Sədrinin  1999-cu il fevralın  18-də  imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Qeyd olunub ki, muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Muzeydəki dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla tələbələrə nümayiş etdirilmişdir. 

 

01081176
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
231
225
1191
8098
1081176

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: