"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm könüllüləri arasında “Quiz” intellektual oyunu keçirilmişdir

9 iyun 2022-ci il tarixdə Gənclər Mərkəzində  turizm könüllüləri arasında “Quiz” intellektual oyunu keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun əməkdaşı Orxan Cəfərov giriş sözü ilə çıxış edərək turizm könüllülərinin bu sahədə biliklərini müəyyən etmək və səmərəli vaxt keçirib yeni biliklər əldə etmək məqsədi ilə “Quiz” intellektual oyunu keçirildiyini bildirmişdir. 

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi coğrafi mövqey, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, müasir infrastrukturu burada turizmin bir çox növünün inkişafına şərait yaradır.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması muxtar respublikada turizmin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirmişdir.

Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayını ilbəil artırmışdır.

Bütün sahələrdə olduğu kimi turizm sahəsində də kadr hazırlığı ən mühüm amillərdən biridir. Muxtar respublikada turizm sektorunun peşə və ixtisas səviyyəsi yüksək olan kadrlarla təminatı da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət və Naxçıvan Universitetlərinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələr Naxçıvan  Muxtar Respublikasının Turizm Departamentinə hamiliyə verilmişdir.  Tədris ili ərzində tələbələrlə mütəmadi görüşlər keçirilir, Naxçıvan Muxtar Respublikasında yerləşən muzeylərə, tarixi abidələrə, müalicə mərkəzlərinə və xüsusi qorunan təbiət ərazilərinə ekskursiyalar təşkil edilir, təcrübələr keçirilir, maarifləndirici seminarlar təşkil olunur. Həmçinin, bu ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə “Turizm könüllüsü” layihəsinə start verilmiş, Naxçıvanın turizm könüllüləri loqosu hazırlanaraq könüllülər vahid simvol ətrafında birləşmişlər. Layihə çərçivəsində müvafiq ixtisasda təhsil alan tələbələrdən ibarət turizm könüllülərinin muxtar respublikada keçirilən festivallarda və digər mədəni-kütləvi tədbirlərdə iştirakı təmin edilmiş, könüllülərdən turların təşkilində bələdçi qismində istifadə edilmişdir. Bundan başqa “Turizm könüllüsü” layihəsinin iştirakçıları ilə tez-tez görüşlər keçirilmiş, müxtəlif mövzularda seminarlarn təşkil edilmişdir. Bütün bu sadalananlar tələbələrin gələcəkdə peşəkar kadr, keyfiyyətli, turizm əmək bazarının ehtiyaclarına uyğun mütəxəssis kimi formalaşmasına öz müsbət təsirini göstərir.

Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun əməkdaşı Elşən Mehralıyev könüllüləri “Quiz” intellektual oyununun qaydaları ilə tanış etmişdir. Bildirmişdir ki, oyun 10-u asan, 10-u orta, 10-u isə çətin səviyyəli olmaqla ümumilikdə 30 sualdan ibarətdir. Hər düzgün sual 1 bal hər səhv sual isə 0 bal dəyərində qiymətləndiriləcək. Oyunda hər birində 4 nəfər olmaqla 4 komanda şəklində ümumilikdə 16 nəfər turizm könüllüsü mübarizə aparıb. 

Tədbirin sonunda I, II və III yerə çıxan komandaları Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev təbrik edərək onlara gələcək könüllülük fəaliyyətlərində uğurlar arzulamış, komandalara müvafiq diplomlar təqdim etmişlər.

01081193
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
248
225
1208
8115
1081193

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: