"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bakıda keçirilən beynəlxalq turizm sərgisində Naxçıvan Muxtar Respublikası da geniş təmsil edilib

Aprelin 6-8-də Bakı Ekspo Mərkəzində dünyanın 22 ölkəsindən 272 şirkətin iştirak etdiyi XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçirilib. Bu sərgidə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları və Naxçıvandakı mehmanxanaların nümayəndələri də iştirak edib, diyarımızın turizm potensialı geniş təbliğ olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata əsasən, sərgidəki muxtar respublikanın turizm imkanlarının təqdim olunduğu 14 paneldə Dövlət Bayrağı Meydanı, “İslam Mədəniyyəti Paytaxtı Naxçıvan – 2018” loqotipi ilə yanaşı, Naxçıvanın turizm ehtiyatlarının və turizm-xidmət obyektlərinin reklam fotoları yer alıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb çap etdirilmiş, “Naxçıvan Muxtar Respublikası turist xəritəsi”, “Naxçıvan Turizm İnformasiya Mərkəzi” və muxtar respublikadakı turist marşrutları barədəki bukletlər və yerləşdirmə obyektlərinin reklam-informasiya materialları sərgi iştirakçılarına paylanılıb, müxtəlif əl işləri tanıdılıb. Naxçıvan stendindəki monitor vasitəsilə də muxtar respublikanın turizm imkanları ilə bağlı reklam çarxları nümayiş etdirilib.

Sərgi çərçivəsində müxtəlif turizm firmalarının nümayəndələri ilə görüşlər keçirilib, Naxçıvan Muxtar Respublikasının həmin firmaların turpaketlərinə salınması və digər məsələlər müzakirə edilib.

 

01070361
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
113
4444
10564
1070361

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: