"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda kətə festivalı keçirilir

Naxçıvanda kətə festivalı keçirilirFestivalın açılışı bu gün saat 12:00-da “Naxçıvanqala”da olacaq.

Festivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil ediləcəkdir.

Həmçinin festival boyu Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri” və “Gənclik” instrumental ansamblları, Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı, Naxçıvan Aşıqlar Birliyinin aşıqları və “Şərur” Xalq Yallı Ansamblı tədbirdə çıxış edəcək.

Qeyd edək ki, 2016-cı il ərzində “Naxçıvanqalada” bir neçə adda - “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - Bal” festivalları keçirilib.

Festival 2017-ci il aprelin 8-də saat 12:00-dan 17:00-dək, aprelin 9-da  saat 11:00-dan 17:00-dək keçiriləcək.

01081455
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
88
169
1470
8377
1081455

Tarix: 28-12-2024
Biz, sosial şəbəkələrdə: