"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“AITF 2017” sərgisi: Azərbaycanda turizm potensialının xəzinəsi

Aprelin 8-də Bakı Ekspo Mərkəzində “Iteca Caspian” və “ITE Group” şirkətləri tərəfindən təşkil olunan 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi yekunlaşdı. Sərgidə 90-a yaxın turizm istiqamətini təqdim edən 22 ölkədən 272 şirkət iştirak edirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “AITF 2017” sərgisini ziyarət etməsi tədbirin bütün iştirakçıları üçün mühüm hadisəyə çevrildi. Bu ziyarət regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən aparıcı beynəlxalq sərginin yüksək statusunu bir daha təsdiq edir.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin açılış mərasimindəki çıxışında əvvəlki sərgilərdən fərqli olaraq daha ünvanlı əhatə dairəsi və dolğunluğu ilə seçilən “AITF 2017” sərgisinin mühüm rolunu qeyd etdi. Sərginin ən yaxşı ekspozisiyaları Azərbaycan turizminin yeni inkişaf mərhələsini diqqətə çatdırmaqla yanaşı, zamanın reallığını əyani şəkildə əks etdirir.

Dünya Turizm Təşkilatının himayəsi altında keçirilən regionun ən böyük turizm sərgisi uzun illərdir ki, bütün dünyadan ziyarətçiləri bir araya toplayır. Sərginin çoxsaylı qonaqları, turizm həvəskarları və sənayenin peşəkar işçiləri buna bir daha əmin oldular. Sərgidə turizm xidmətlərinin geniş çeşidi, milli turizm təşkilatları, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar, sağlamlıq-müalicə və SPA mərkəzləri, idman və ekoloji turizm obyektləri təqdim edildi.

“AITF 2017” sərgisində Azərbaycanın zəngin turizm potensialı xarici iştirakçılara əyani şəkildə nümayiş olundu və bu da respublikanın turizm istiqaməti kimi məşhurlaşmasına kömək edir. Çoxsaylı mühüm komponentlərə malik olan sərginin işgüzar portfelində təşkilatçılar tərəfindən nəzərə alınmış tədbirin geniş funksionallığını lazımınca qiymətləndirməmək mümkün deyil. Şübhəsiz, “AITF 2017” sərgisi tədbirin çoxyönlülüyü ilə bağlı olan peşəkar layihələrlə daha da zənginləşib. Bu baxımdan, Azərbaycan Turizm Şurasının toplantısının aktuallığını, müalicə-sağlamlıq turizmi sektorunun işini, Bakı Şopinq Festivalına hazırlığı, keçirilən seminarın böyük potensialını, “ASAN Visa” elektron portalının faydalarını və bir sıra digər turizm məhsullarını qeyd etmək lazımdır.

İştirakçı şirkətlərin müxtəlif sürpriz və faydalı təklifləri daim bu forumda iştirak etmək niyyətində olduqlarını bildirən xarici eksponentlər arasında yaxşı tanınan “AITF” sərgisinin zəngin irsi baxımından əhəmiyyətlidir. Bu tədbirin vizit kartına çevrilmiş dostluq, mədəni əlaqələri artırmaq istəyi və sülhpərvər təşəbbüslərin dəstəklənməsi kimi tendensiyaları qeyd etmək yerinə düşər. Buna görə də sərgi iştirakçılarının coğrafiyası sülhpərvər parlaq fikir və cəlbedici layihələrin real əksində çevrilib. İştirakçılar arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə, Çexiya kimi ölkələrin milli stendləri, eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol əyalətinin (Rusiya) regional stendləri də var idi.

Azərbaycanın turizm imkanlarını ətraflı şəkildə təqdim edən yerli turoperatorlar və regional təqdimatlar “AITF 2017” sərgisinin əsas brendlərindən birini təşkil edir. Ziyarətçilər unikal təbiəti, tarixi məkanları, mehmanxana və müalicə ocaqları ilə insanı heyrətləndirən İsmayıllı, Lənkəran, Masallı, Sumqayıt, Xaçmaz və Şəki regional turizm idarələrinin layihələri ilə ətraflı tanış olublar. Gözəl səyahət və macəralar aləmi, şərq qonaqpərvərliyi və müasir otellərin nəfis dəbdəbəsi burada öz təcəssümünü tapır. Ənənəvi olaraq, sərgidə qonaqları Qarabağ bölgəsinin tarixi-mədəni irsi ilə tanış edən Qarabağ stendi də təqdim edilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ekspozisiyasında turizmin potensial zənginliyi və unikal marşrutlar nümayiş olunub.

Beynəlxalq ekspertlərin rəyinə əsasən, sərgi peşəkar görüşlərin keçirildiyi platforma və turizm sənayesinin qeyri-adi tədbiri kimi regionda liderdir. Eyni zamanda, bu tədbir xarici iştirakçılara Azərbaycanın çoxşaxəli turizm potensialını, turizm xidmətlərinin geniş çeşidini, eləcə də aviaşirkətlər, milli və regional turizm təşkilatları və mehmanxana şəbəkələrini nümayiş etdirməklə yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da kömək edir.

Xatırladaq ki, “AITF 2017” sərgisi ilə paralel olaraq, “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçirildi. Cənubi Qafqazda və Xəzəryanı regionda qonaqpərvərlik sahəsinin yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, sənayenin aparıcı iştirakçıları, habelə alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradıb.

01070361
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
113
4444
10564
1070361

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: