"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Gənclərin “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilmişdir

Aprelin 11-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci il iş planına əsasən nazirliyin tabeliyində olan müəssisələrin gənclərinin “Duzdağ” Fizioterapiya Mərkəzinə ekskursiyası təşkil edilmişdir.

Burada gənclərə məlumat verilmişdir ki, yeraltı və yerüstü sərvətləri, xəstələrə şəfa verən mineral bulaqları ilə məşhur olan Naxçıvanda dünyanın şəfa ocaqlarından biri “Duzdağ” Fizioterapiya Mərkəzi qədim şəhərimizdən 14 km  aralı, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşir. Bildirilib ki, 1926-cı ildən bu ərazidə həm də daş duz çıxarılır ki, buradakı yatağın ehtiyatı 124 milyondan çoxdur.

Bura həmdə qədim insanların yaşayış məskəni kimi diqqəti cəlb etmişdir. Ötən əsrin 70-ci illərində buradan bir neçə daş balta, xeyli daş çəkic tapılmışdır. Həmin baltalar Naxçıvan Dövlət Tarix Muzeyində, Sankt Peterburq və Tbilisi muzeylərində saxlanılır. 1967-ci ildə uçqun nəticəsində burada təsadüf nəticəsində qədim duz mədənləri aşkar edilmişdir.

Sonra gənclər “Duzdağ” Fizioterapiya Mərkəzində olmuşlar.

Qeyd edilib ki, ötən əsrin ikinci yarısında təbabət elminə məlum olmuşdur ki, bronxial astmalı xəstələr karst mağaralarının, duz şaxtalarının təbii mikroiqlimi şəraitində yüksək effektlə müalicə alırlar. Təbabət elminin speleoterapiya sahəsinin ən gözəl təbii müalicə vasitəsinin Naxçıvanda olması bu müalicə mərkəzinin tanınmasında mühüm rol oynayır.

Vurğulanıb ki, bu müalicə üsulu dünyanın çox az ölkəsi Almaniya, Macarıstan, İtaliya, Avstriya, Ukrayna və bir neçə başqa ölkədə mövcuddur. Hazırda burada bronxial astma, allergetik-infeksiya peredastma, xroniki bronxit və başqa xəstəliklərdən əziyyət çəkən xəstələr müalicə olunurlar. 1979-cu ildə 50 çarpayı ilə fəaliyyətə başlayan xəstəxanada bu gün 300-dən çox xəstəni qəbul etmək üçün hər çür şərait və imkan vardır. Yüksək müalicəvi əhəmiyyətinə görə “Duzdağ” Fizioterapiya Mərkəzinə gələn xəstələrin sayı ilbəil artmaqdadır. Mərkəzə ölkələrdən gələn insanların sayı isə son illər xüsusilə artmışdır. Bu isə qədim diyarımızda müalicə turizminin inkişafı üçün geniş imkanların olduğunu göstərir.

01070361
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
113
4444
10564
1070361

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: