Oktyabrın 20-də Beynəlxalq Kulinariya Gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə milli yeməklərimizdən ibarət sərgiyə baxış olub.
Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Milli mətbəx mədəniyyətimiz coğrafi baxımdan tarixən geniş bir arealda yayılıb, azərbaycanlıların qədimdən yaşadıqları əraziləri əhatə edib. Yurdumuzun hər bir regionunun öz adət-ənənələri olduğu kimi, Naxçıvanın da özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti vardır. Burada süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi süfrəyə böyük ehtiram göstərilib, süfrə estetikası və etikasına son dərəcə dəqiqliklə əməl olunub. Naxçıvan mətbəxinin bu zəngin mənzərəsi, muxtar respublikamızda kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında milli mətbəxin təbliği diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Azərbaycanın regionları arasında ilk dəfə Naxçıvanda “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında 2009-cu ildə imzaladığı Sərəncam bunun bariz ifadəsidir.
Tədbirdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə “20 oktyabr Beynəlxalq Kulinariya günüdür” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi gündən milli kimliyinin qorunması istiqamətində bir sıra mühüm addımlar atmaqdadır. Atılan ilk addımlardan biri də milli mətbəxin qorunmasıdır. 1991-ci il aprelin 23-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan mətbəxinin öyrənilməsi, təbliği məqsədilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılıb. Mərkəz yaradıldığı gündən milli mətbəximizin tanıdılması, unudulmaqda olan yemək növlərinin aşkara çıaxarılması və təbliği istiqamətində bir sıra nailiyyətlərə imza atıb. 1992-ci ildə Azərbaycan türk dövlətləri və keçmiş SSRİ respublikaları içərisində Ümumdünya Kulinariya Təşkilatı Birliyinə (ÜKTB) ilk qəbul edilən ölkədir. AMKM-in müstəsna himayədarlığı ilə sonralar Rusiya (1994), Ukrayna və Özbəkistan (2002), Belarus, Serbiya (2006), Türkiyə, Qazaxıstan, Moldova (2008) ÜKTB-yə üzv qəbul ediliblər.
“Azərbaycan mətbəxinin öyrənilməsi və inkişafı ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra daha geniş vüsət alıb”, – deyən Türkay Səfərzadə 1994-cü ilin aprel ayında ümummilli liderimiz Heydər Əliyevin Norveçdə keçirilən Dünya Kulinariya Konqresinə məktub-müraciət göndərərək Ümumdünya Kulinariya Təşkilatı Birliyini Azərbaycanla sıx əməkdaşlığa dəvət etdiyini bildirib. Qeyd olunubki, 1999-cu ildə “Gənclər siyasəti proqramı” çərçivəsində gənc və peşəkar kulinarların olimpiadalarının keçirilməsi barədə görkəmli dövlət xadimi Heydər Əliyev tapşırıq verib.
Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışında ermənilərin Azərbaycanın mətbəx nümunələrini öz adlarına çıxmaq üçün müxtəlif addımlar atmaqlarından danışıb və belə hərəkətlərin yol verilməz olduğunu bəyan edib. Prezident İlham Əliyev respublika səviyyəsində keçirilən Novruz bayramı tədbirlərində ən çox diqqətin milli mətbəximizin təbliğinə yönəldilməsini tövsyə edib.
Naxçıvan Muxtar Respublikasında da milli mətbəx nümunələrinin tanıdılması və təbliği istiqamətində müvafiq tədbirlər həyata keçirildiyini deyən mərkəz direktoru əlavə edibki, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi fəaliyyətə başladığı gündən bir sıra mədəni tədbirlər də, eləcə də ölkə və beynəlxalq əhəmiyyətli festivallarda uğurla iştirak edib. Diqqətə çatdırılıbki, 2011-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Beynəlxalq Kulinariya Festivalında Naxçıvan komandası gümüş medal qazanıb.
Qeyd olunubki, yurdumuzun hərbi regionunun öz adət-ənənələri olduğu kimi, Naxçıvanın da özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti vardır. Burada süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi süfrəyə böyük ehtiram göstərilib, süfrə estetikası və etikasına son dərəcə dəqiqliklə əməl olunub. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ olunması və tanıdılması məqsədilə Naxçıvanda yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ötən dövr ərzində qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə səy göstərib və bugündə öz fəaliyyətini bu istiqamətdə davam etdirir. Bunun üçün mərkəzə hərtərəfli şərait yaradılıb.
Tədbirin sonunda “Azərbaycan mətbəxi” adlı tanıtım filmi nümayiş etdirilib.