"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunubDekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Xanəgah Abidə Kompleksinə ekskursiyası olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov tələbələrə məlumat verərək bildirib ki, 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizm inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə Nazirlikdə də Tədbirlər planı hazırlanmış, turizmin inkişafı və təbliği istiqamətində bir sıra işlər görülmüşdür. Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Nazirliyin və Naxçıvan Turizm İnformasiya Mərkəzinin 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında keçirdiyi internet aksiyada qədim diyarın turizm imkanları ilə bağlı 10 bölmə üzrə 1000-ə yaxın foto və 150-dən çox videoçarx paylaşılmışdır.

Vurğulanıb ki, 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikaya 338 min 715 nəfər turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz və ya 10502 nəfər çoxdur. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması da turizm imkanlarımızı nümayiş etdirmək baxımından əhəmiyyətli rol oynayacaqdır.

Qeyd edilib ki, ötən dövr ərzində əhali arasında maarifləndirici tədbirlər davam etdirilmiş, turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin qədim diyarımızın mədəniyyət və turizm obyektlərində təcrübə keçmələri üçün şərait yaradılmışdır. Onların muxtar respublikanın təbiət və tarixi abidələrinə ekskursiyalarının təşkili də diqqətdə saxlanılmışdır. Xanəgah Abidə Kompleksinə ekskursiya da bu tarixi abidə ilə tanışlıq məqsədi daşıyır. Tələbələrlə keçirilən ekskursiyalar, konfranslar, seminarlar, turizmlə bağlı tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Sonra tələbələr Xanəgah Abidə Kompleksi ilə tanış olublar. Bələdçi kompleks haqqında tələbələrə məlumat verərək bildirib ki, abidə orta əsrlərə aid memarlıq kompleksidir. Qeyd edilib ki, kompleks orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Bu ərazidə orta əsrlərdə hürufizm cərəyanın nümayəndələri də məkan salmışlar. Xüsusilə Teymurilər dövründə hürufizm nümayəndələrinin burada olduğunu və yaşadığını isbat edən maraqlı mənbələr və faktlar vardır.

Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb.

01070368
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
12
113
4451
10571
1070368

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: