Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikamızın qədim tarixi abidələri və mədəniyyət obyektləri ilə tanış olub.
Niderland səfiri Onno Kervers Naxçıvan haqda təəssüratlarını belə ifadə edib:
"Naxçıvanda birinci dəfədir ki, səfərdə oluram. Naxçıvana səfərimin əsas məqsədi dövlətlərimiz arasında olan dostluq münasibətlərini daha da möhkəmləndirmək və bu tarixi şəhəri tanımaqdır.
Naxçıvan qədim, eyni zamanda çox gözəl, təmiz və səliqəli şəhərdir. Burada çoxlu tarixi abidələr var. Naxçıvan həm də müasir şəhərdir. Burada tarixiliklə müasirliyin vəhdəti daha çox diqqətimi çəkdi. Səfərimiz çox qısa çəkdi, amma bir çox sənaye müəssisələrində, muzeylərdə oldum, şahid oldum ki, Naxçıvan Muxtar Respublikası həm sürətli inkişaf edir, həm də maddi mədəniyyət nümunələri ilə zəngindir. Ümidvaram ki, Naxçıvana yenidən gələcəm və buranı daha yaxından tanıyacam".