"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Acarıstanlı qonaqların Naxçıvan haqqında təəssüratları

Acarıstanlı qonaqlar muxtar respublikaya səfərlə bağlı təəssüratlarını bölüşüblər.

Marika Xalvaşi – Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı, qrup rəhbəri, həkim: "Mən öz adımdan və bura gələn uşaqların valideynləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm. Bilirik ki, muxtar respublika rəhbərinin qayğısı və diqqəti nəticəsində hər il acarıstanlı aztəminatlı ailələrin uşaqları Naxçıvana gələrək burada müalicə olunurlar. Bizi qonaqpərvərliklə qarşılayıb, uşaqların müalicəsi ilə mütəmadi maraqlanırlar. Uşaqlar və valideynləri müalicənin effektini görürlər. Burada müalicə üçün gözəl şərait yaradılıb. Uşaqların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqətlə yanaşılır. Bu gün Naxçıvan şəhərinin gəzməli-görməli yerlərində olduq. Uşaqlar bu gəzintidən tarixiniz, mədəniyyətiniz, incəsənətiniz və digər sahələr haqqında çoxlu məlumatlar əldə etdilər. Qeyd edim ki, təşkilatçılıq çox yüksək səviyyədədir. Artıq bir neçə muzeydə olub, şəhərin tarixi məkanları haqqında məlumat almışıq. Şəhərinizin qədimliyi və gözəlliyi uşaqların çox xoşuna gəldi."

Xatuna Kvirikidze – valideyn: "Bir valideyn üçün övladının sağlam böyüməsindən önəmli nə ola bilər. Tale elə gətirib ki, 15 yaşında olan oğlum İrakli yuxarı tənəffüs yolları xəstəliklərindən əziyyət çəkməyə başlayıb. Açığını desəm, ailəmizin övladımızın müalicəsi üçün maddi imkanları zəifdir. Bu, məni çox narahat edirdi, oğlumun xəstəliyinin irəliləməsindən qorxurdum. Ancaq sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən acarıstanlı uşaqlar üçün burada pulsuz müalicə imkanlarının yaradıldığını eşidəndə çox sevindim, oğlumun sağlam böyüyəcəyinə ümidlərim artdı. Müalicə müddətində onun səhhətində yaxşılaşma hiss edirəm. Bütün bu yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm."


Nino Didmalidze – məktəbli: "Naxçıvan haqqında eşitmişdim. Burada müalicə almaq üçün qrupa yazıldığımı öyrənəndə çox sevindim. Duzdağ Fizioterapiya Mərkəzində yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün hər cür şərait var. Mən də bu xəstəlikdən əziyyət çəkdiyim üçün müalicədən sonra tam sağalacağıma inanıram. Arzu edirəm ki, sağlamlığa ehtiyacı olan digər uşaqlar da bu imkandan yararlana bilsinlər. Başqa ölkələrdə olmaq mənim üçün çox maraqlıdır. Naxçıvanda bizə lazımi qayğı göstərir, müalicəmizlə daim maraqlanırlar. Məktəbə qayıdanda Naxçıvanla bağlı xoş təəssüratlarımı sinif yoldaşlarımla bölüşəcəyəm."

 


Marian Soidze – qrupun ən balaca üzvü: "Mən buraya anamla birgə gəlmişəm. Biz artıq bir neçə gündür ki, nağıllardakı sehrli buz saraylara bənzəyən mağaraya gedir, bir neçə saat orada qalırıq. İlk dəfədir ki, duzdan bir mağarada yatıram və mənə hərdən elə gəlir ki, indi hansısa bir pəri duzdan divarların arxasından çıxacaq və öz sehrli çubuğu ilə bütün uşaqları xəstəliklərdən azad edəcək. Mən burada ən çox valideynlərim üçün sevinirəm. Çünki mənim səhhətim yaxşılaşdıqda onlar da çox şad olurlar. Bir neçə gündür ki, anamın üzü gülür, bu da məni çox sevindirir. Hər şey üçün çox sağ olun!"

 

 


Luka Ruşadze – məktəbli: "Çox təəssüflənirik ki, bu gün bizim Naxçıvandakı son günümüzdür. Ancaq sevinirəm ki, biz qədim Naxçıvanla tanış olmaq imkanı əldə etdik. Ötən günlər ərzində şəhərin gəzməli-görməli yerlərində, muzeylərində, idman komplekslərində olduq. Naxçıvanda məni ən çox heyrətləndirən yerlərdən biri isə Duzdağdakı mağaralar oldu. Azərbaycanın hər yerindən, hətta dünyanın müxtəlif ölkələrindən buraya müalicə məqsədilə gəldiklərini eşitmişdim. Mən isə ilk dəfə idi, Duzdağa gəlirdim. Bura, doğrudan da, hər kəs üçün bir nemətdir, sağlamlıq mənbəyidir. Biz burdan heç vaxt yaddan çıxmayacaq təəssüratlarla qayıdacağıq. Gördüklərimizi sinif yoldaşlarımıza, bütün tanıdıqlarımıza danışacaq, bu yerlərlə bağlı xoş təəssüratlarımızı onlarla da bölüşəcəyik. Məndən soruşsalar ki, Naxçıvan necə bir yer idi, onda qədim diyarın tarixi abidələrindən, gözəl təbiətindən danışacağam, deyəcəyəm ki, ora istiqanlı, mehriban, gülərüz insanların yaşadığı məkandır."

01070348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
242
4431
10551
1070348

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: