"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Furio de Angelis: "Naxçıvan Muxtar Respublikası Azərbaycanın çox qədim mədəniyyətə, strateji əhəmiyyətə malik olan bir bölgəsidir

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəsi Furio de Angelis Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Qonaq səfər təəssüratlarını  belə ifadə edib. Furio de Angelis Naxçıvan Muxtar Respublikasının Azərbaycanın çox qədim mədəniyyətə, strateji əhəmiyyətə malik bir bölgə olduğunu vurğulayıb. O qeyd edib ki, səfər çərçivəsində tarixi abidələrlə tanışlıq zamanı Naxçıvanın nə qədər qədim tarixə malik olduğunu gördüm. 

Muxtar respublikaya səfərinin məqsədi haqqında da danışan qonaq deyib: “Naxçıvan Muxtar Respublikasında olmaqdan çox məmnu­nam. Burada bizim təlim keçirməyimiz üçün də çox gözəl şərait yaradılmışdı. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası ərazisindəki sərhəd nəzarət-buraxılış məntəqələrinə səfərlər təşkil olundu. Mən hesab edirəm ki, Azərbaycan hökuməti və aidiyyəti qurumlarla olan əməkdaşlığımız bundan sonra daha da ­möhkəmlənəcəkdir”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Azərbaycan hökuməti ilə birlikdə qaçqınların və sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi üzrə görülən işlərin davamlı olacağına inandığını bildirib. O, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. "Naxçıvan Muxtar Respublikası Azərbaycanın çox qədim mədəniyyətə, strateji əhəmiyyətə malik olan bir bölgəsidir. 

01063047
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
231
340
2863
3250
1063047

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: