Daxili turizmə diqqətlərin artdığı hazırkı şəraitdə yerli səyahət həvəskarlarımız da muxtar respublikamızın müxtəlif turizm-rekreasiya məkanlarına ciddi maraq göstərirlər. Builki turizm mövsümündə naxçıvanlıların asudə vaxtının mənalı keçməsi üçün çimərlikdən müalicə mərkəzlərinə, uca dağ yaylalarından müasir parklara, bütün dünyada məşhur olan tarixi yerlərdən ucqar dağ kəndlərinədək, demək olar ki, hər yerdə insanlara zəngin təəssürat vəd edən istirahət, əyləncə və tanışlıq məkanlarına səyahətlər üçün yeni fürsətlər yarandı. Bu dövrdə muxtar respublikamızda fəaliyyət göstərən turoperator və həvəskar turistlərin alternativ istiqamətlərə olan marağı bir sıra yeni turizm marşrutlarının da populyarlığını ortaya qoyur. Naxçıvan-Kükü-Gurbulaq turizm marşrutu da bir sıra cazibədar xüsusiyyətlərinə görə belə turizm marşrutlarındandır.
Muxtar respublikamızda turizmin davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqinin aparıcı sahələrindən birinə çevirib. Mövcud təbii ehtiyatlar, əlverişli iqlim şəraiti, zəngin tarixi-mədəni irs cəlbedici turizm məhsullarını çoxaltmaq üçün əsaslı zəmin yaradır. Məhz bu potensialdan istifadə nəticəsində Naxçıvanda müalicə-kurort müəssisələrinin, istirahət məkanlarının sayı artmaqda davam edir. Bu da muxtar respublikamızın turistlər üçün ən diqqətçəkən məkanlardan birinə çevrilməsinə səbəb olur. Həyata keçirilən tədbirlərin geniş vüsət almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın xüsusi rolu vardır. Proqramın məqsədi muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi və bu sahədə müasir idarəetmə mexanizminin yaradılmasıdır.
Əsrarəngiz təbiəti, iqlimi, flora və faunası, əlverişli coğrafi mövqeyi ilə seçilən Naxçıvanın olduqca zəngin, ləzzətli və özünəməxsus mətbəxinin Azərbaycan milli mətbəxində öz xüsusi yeri vardır. Bu mətbəx bizə məharətli əllərlə ləzzətli yeməklər hazırlayan analarımızın, xüsusilə bəzi yeməklərdə bacarıqlı aşpaza çevrilən atalarımızın, əl ləzzətini öyrəndiyimiz nənələrimizin, mətbəx mədəniyyəti nümunələrini yaradan babalarımızın mirasıdır. Bu mətbəx xalqımızın incəsənətində, musiqisində, rəqslərində, mahnılarında, düşüncə tərzində, fiziki görünüşündə, geyimlərində, folklorunda, bayramlarında və digər milli-mədəni dəyərlərində öz əksini tapır. Bir yaradıcılıq nümunəsi olan mətbəx həm də insanı bioloji fərd kimi var edən, könüllü, zəhmətkeş əməklə ucaldandır.
27 iyul 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında qarşıya qoyulan vəzifələr və 2020-ci ilin birinci yarısının yekunları ilə bağlı iclas keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2020-ci ilin ötən dövrü ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, 2020-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Deparamenti tərəfindən bir sıra işlər həyata keçirilmiş, turizmin inkişafı diqqətdə saxlanılmışdır.
1950-ci illərdə Azərbaycanda velosiped idmanı üzrə əsaslı irəliləyişlər əldə olunmağa başlanmış, idmançılarımız SSRİ çempionatında və dünya birinciliyində qüvvələrini sınamışlar. Bu idman növünə göstərilən böyük qayğının nəticəsidir ki, 1980-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamı ilə Bakıda dünya standartlarına uyğun Respublika Velotreki tikilib istifadəyə verilmişdir. Uzunluğu 333 metr olan bu velotrekdə bir sıra ümumittifaq yarışları keçirilmişdir. Azərbaycan velosipedçilərindən ibarət nümayəndə heyəti 1985-ci ildə Moskvada keçirilmiş konfransa da qatılmışlar. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə, xüsusilə 1997-ci ildən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildikdən sonra Azərbaycanda Olimpiya hərəkatı sürətlə inkişaf etməyə başlamışdır. 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edən cənab İlham Əliyevin səyi və təşəbbüsü sayəsində qısa müddətdə Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri uğurla inkişaf etmişdir. Ölkədə müasir idman komplekslərinin tikintisi başa çatdırılaraq idmançıların istifadəsinə verilmiş, peşəkar idman federasiyaları, o cümlədən Azərbaycan Velosiped İdmanı Federasiyası yaradılmışdır. Eyni zamanda bu federasiyanın veloparkı yenilənmişdir. Bu isə ölkəmizdə beynəlxalq səviyyəli velosiped yarışlarının keçirilməsinə imkan vermişdir. 2011-ci ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə “Böyük Qafqaz” veloyürüşü təşkil edilmişdir. Bunu da vurğulamaq istərdik ki, Azərbaycanda velosiped idmanına marağın böyük olması nümunələrindən biri də Bakı Dövlət Universitetində yerləşən və 40 ildən çoxdur, fəaliyyət göstərən beynəlxalq miqyaslı Velosiped İdmanı Muzeyidir.
Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri iqtisadiyyatın xammal bazası olmaqla yanaşı, həm də turizm potensialını formalaşdırır. Sovetlər Birliyinin tərkibində olduğumuz zaman bu potensialın qısa müddətdə gəlirgətirən subyektlərindən istifadə olunsa da, burada lazımi infrastruktur yaradılmayıb. Yalnız müstəqilliyimizin bərpasından sonra bütün ölkəmizdə olduğu kimi, qədim diyarımızda da xalqımız öz sərvətlərinin sahibi olub.
Qeyd edək ki, Naxçıvanın turizm-rekreasiya coğrafiyası çoxşaxəli və genişdir. Ərazidə fərqli landşaft tiplərinin və iqlim qurşaqlarının mövcudluğu, həmçinin tərkib xüsusiyyətlərinə görə dünyada analogiyasına az rast gəlinən təbii sərvətlərə malik olması bu qədim diyarın turizm cəlbediciliyini artırır. Məlumdur ki, bu gün dünya turizmi çox şaxələnib. Hər il yeni turizm trendləri ortaya çıxır və bu trendlər kütləvi marağı qoruyub saxlaya bilirsə, özlüyündə bir sahəni formalaşdırıb inkişaf etdirir. Ancaq turizmdə bir sahə də vardır ki, insanlar ona hər zaman ehtiyac duyurlar. Bu, müalicə turizmidir.