"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Mənalı istirahət və turizm mərkəzi AĞBULAQ

Müasir insan həyatının mühüm tərkib hissəsi asudə vaxtdır. İş və ev qayğılarından sonra məhz asudə vaxtın səmərəli keçirilməsi isə turizm və rekreasiya kompleksinin əsas vəzifələrindən biridir. Sosial-mədəni infra­struktur kimi həyat keyfiyyətinə birbaşa təsir edən bu kompleksin zənginliyi isə ölkənin iqtisadi inkişaf səviyyəsindən və insanların mədəni istirahətə verdiyi önəmdən çox asılıdır.   

Son dövrlərin zərurəti kimi Naxçıvanda daxili turizmə xüsusilə diqqət ayrılması regionun rəngarəng turizm ehtiyatlarından daha səmərəli istifadəyə geniş imkanlar yaradıb. Tanışlıq, dini-ziyarət, müalicə, ekoturizm və kənd-yaşıl turizm növlərində xeyli potensial əldə edilmiş Naxçıvanda qış turizmi növlərinin də populyarlaşması səyahət həvəskarları olan yerli əhalinin və xarici turistlərin burada ilboyu mənalı asudə vaxtı səmərəli keçirmək imkanlarını artırır. Ağbulaq Xizək Mərkəzi, bu mənada, qış fəslində xizək idman növlərinə maraq göstərən və hər yaşdan olan insanlar üçün sərfəli qiymətə istirahət və əyləncə dolu zəngin təəssürat vəd edən ideal məkandır. 

Ardını oxu...

Turizmin inkişafı sahəsində tədbirlər davam etdirilir

Son illər Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, turizm sektorunda da inkişaf tendensiyası özünü qabarıq şəkildə göstərir. Ümumiyyətlə, turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən – iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından səciyyəvidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.

Naxçıvan da çoxəsrlik tarixi, mədəniyyət nümunələrinin sayı, qonaqpərvərlik ənənələri və zəngin təbii ehtiyatları ilə əlverişli turizm potensialına malik qədim diyardır. Muxtar respublikamızın turizm potensialından istifadə isə daim diqqət mərkəzində saxlanılan mühüm məsələlərdəndir. Milli mədəniyyət nümunələrinin bərpası ilə yanaşı, müasir turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən irimiqyaslı layihələr Naxçıvanın turist cəlbediciliyini artıran başlıca amildir. Muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi məqsədilə hazırlanan və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı”nın icrası bu sahənin inkişafı üçün yeni imkanlar yaratmaqdadır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının turizm sektoru nümayəndələri Quş Gözləmçiliyi Turizmi üzrə təlimdə iştirak ediblər

29 yanvar 2020-ci il tarixdə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanda Quş Gözləmçiliyi turizmi mövzusunda onlayn təlim keçirilmişdir. Azərbaycanın bütün bölgələrinin təmsil olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikasının turizm sektoru nümayəndələrinin də iştirakı təmin edilmişdir. 

İngilis dilində keçirilən təlimdə Azərbaycan Turizm Bürosunun Məhsul İnkişaf Departamentinin mütəxəssisi Ülviyyə Səfərova çıxış edərək bildirmişdir ki, təlimin məqsədi ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin quş gözləmçiliyi turizmi üzrə nəzəri və praktik biliklərini artırmaq, eləcə də müxtəlif regionlarda turizmin bu növünün inkişaf perspektivlərini müzakirə etməkdən ibarətdir.

Sonra Azərbaycan Turizm Bürosunun əməkdaşı, beynəlxalq ekspert Tomas Aleks Haraldson çıxışetmişdir. Qeyd olunmuşdur ki, quş gözləmçiliyi turizmin az sərmayə tələb edən, lakin böyük gəlir gətirən növlərindən biridir və dünyanın bir çox ölkələri bu sahədə böyük təcrübəyə malikdir

Ardını oxu...

2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir

13 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir.

İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2020-ci il ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 2020-ci il ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən bir sıra işlər həyata keçirilmiş, turizmin inkişafı diqqətdə saxlanılmışdır. İl ərzində “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilmiş, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Naxçıvan Muxtar Respublikasının 2020-ci il üçün Turizm Təqvimi” hazırlanmış və Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilmişdir.

Ardını oxu...

Qış turizmi üçün əlverişli şəraitə malik olan Naxçıvan

Azərbaycanda qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, daxili sabitliyi respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Regionlarımızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da turizmin müxtəlif növlərini – biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb.

Son illər diyarımızda həyata keçirilən sosial-iqtisadi yönümlü layihələr, qəbul edilən Dövlət proqramları, imzalanan sərəncamlar turizmin daha da inkişafına səbəb olub. Muxtar respublikada çoxsaylı turizm şirkətlərinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, otellərin istifadəyə verilməsi, eləcə də peşəkar kadrların hazırlanmasına diqqətin artırılması çoxsaylı insanları bu məkana cəlb edir. Ümumilikdə, Naxçıvanda turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb. 

Ardını oxu...

İstehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir

28 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün təşkil olunan istehsalat təcrübəsinin yekun konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirmişdir ki, istehsalat təcrübəsi ixtisas üzrə təhsil alanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktik fəaliyyət prosesidir. İstehsalat təcrübəsinin əsas məqsədi qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsidir. Bu gün turizm sektorunda savadlı, peşəkar və hazırlıqlı mütəxəsislərin yetişməsinə muxtar respublika rəhbərliyi böyük diqqət və qayğı göstərir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində “Turizm və otelçilik” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsi bunun əyani ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli  “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına əsasən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Naxçıvan  Muxtar Respublikası Turizm Departamentinə hamiliyə verilmişdir. Sərəncamın icrası ilə bağlı Turizm Departamenti tərəfindən adıçəkilən ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, tələbələrin tarix və mədəniyyət abidələrinə, muzeylərə ekskursiyaları təşkil olunur, tədris qrafikinə uyğun olaraq tələbələrin mehmanxana və mehmanxana tipli obyektlərdə, muzeylərdə, turizm şirkətlərində istehsalat təcrübəsi keçmələri təşkil edilir. Bütün bunlar tələbələrin peşə hazırlığının yüksəldilməsi və gələcəyin təcrübəli turizmçisi kimi formalaşmasına güclü stimul yaradır.

Ardını oxu...

01073834
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
104
148
455
756
1073834

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: