"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının turizm potensialı beynəlxalq sərgidə təbliğ olunub

Rusiya Federasiyasının Moskva şəhərində 7-9 sentyabr tarixlərdə 27-ci “OTDYKH Leisure Moscow” beynəlxalq sərgi və forumu keçirilib.

Azərbaycan, Moldova, Bolqarıstan, Belarusiya, Rusiya,  Almaniya, İspaniya, Kipr, Misir, Tunis, Hindistan, Şri-Lanka, Çin, Yaponiya, Tayland, Tanzaniya, Braziliya, Kuba kimi 18 ölkədən 350-dən çox şirkətin iştirak etdiyi forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Turizm Bürosu, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti, eləcə də 11 yerli turizm şirkəti iştirak edib.

Sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi təşkil olunub. Ölkəmizin ilk dəfə olaraq iştirak etdiyi sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi turistlərin marağını xüsusilə cəlb edib. Stenddə muxtar respublikanın tarix-mədəniyyət abidələrinin maketləri nümayiş etdirilib, quraşdırılmış monitor vasitəsilə diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış 1000-ə yaxın Naxçıvan-Qarabağlar, Naxçıvan-Əlincəqala, Naxçıvan-Şahbuz-Batabat, Naxçıvan-Gəmiqaya turist marşrutlarının, Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin, Möminə Xatın türbəsinin və Duzdağ Fizioterapiya Mərkəzinin rus-ingilis dillərində bukletləri, eləcə də Naxçıvan-Moskva təyyarə reysi barədə məlumatlar sərgi iştirakçılarına təqdim olunub. Həmçinin muxtar respublikada istehsal olunan yerli məhsullarımızdan “Sirab”, “Badamlı”, Naxçıvan duzu və digər brend məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

Ardını oxu...

Turizmin inkişafı diqqət mərkəzindədir

Dövlət proqramı icra olunur


Turizm müasir dövrün ən çox diqqəti cəlb edən sosial-iqtisadi sahələrindən biridir. Çoxşaxəli inkişaf istiqamətlərinə malik olan bu sektor həm müxtəlif xalqlar arasında qarşılıqlı münasibətlərin formalaşmasına, həm insanların daimi və mövsümi məşğulluqlarının təmin edilməsinə, həm də iqtisadi tərəqqiyə təkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.

Azərbaycan Respublikasının zəngin tarixi ənənələri, maddi mədəniyyət nümunələrinin bolluğu, müxtəlif iqlim tiplərinin və təbii şəraitin mövcudluğu bu qədim diyarda geniş turizm potensialının formalaşmasına gətirib çıxarmışdır. Bu potensialdan istifadənin təmin edilməsi məqsədilə son illərdə turizm infrastrukturunun inkişafı, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına xidmət edən dövlətlərarası mədəni və idman tədbirlərinin təşkili məqsədilə hazırlanan layihələrin icrası yüksək peşəkarlıqla həyata keçirilir.

Ardını oxu...

“2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir

16 iyul 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında qarşıya qoyulan vəzifələr  və 2021-ci ilin birinci yarısının yekunları ilə bağlı iclas keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2021-ci ilin ötən dövrü ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 2021-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Deparamenti tərəfindən bir sıra işlər həyata keçirilmiş, turizmin inkişafı diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan vermiş və bu sahənin dinamik inkişafına səbəb olmuşdur.

Ardını oxu...

Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təlimi başa çatmışdır

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təlimi başa çatmışdır. Təlim, Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçisi Səkinə Əsgərova tərəfindən aparılmış, tədris müddətində müdavimlərə turizm marşrutları üzrə bölgələrin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verilmişdir. Təlim iştirakçılarına bu sahədə fəaliyyət göstərən şəxslərin xarici dil biliklərinə, yüksək ünsiyyət qurma, səlis, işgüzar və mədəniyyətlərarası danışıq bacarığına, ölkə¬nin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmasının əsasları və şərtləri izah olunmuşdur. Dörd gün davam edən təlimdə iştirakçılara “Kursun məqsədi və obyektləri”, “Turizm bələdçisinin rolu”, “Müxtəlif növ turlarda bələdçilik fəaliyyəti”, “Bələdçi mətninin strukturu”, “Səs, sözlərdən istifadə, sualların idarə edilməsi”, “Turizm məhsulu və turizm marşrutunun inkişaf etdirilməsi”, “Gəzinti və avtobus turunda beynəlxalq standartlar” mövzusunda seminarlar tədris olunmuş, Naxçıvan Muxtar Respublikası üzrə tematik, muzey, gəzinti və avtobus turları üzrə praktik məşğələlər təşkil edilmişdir.

Turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi üzrə təlimə start verilib

29 iyun 2021-ci il tarixdə Naxçıvan Regional Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təliminin açılış tədbiri keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu islahatlar həyatın bütün sahələrində dinamik inkişafı təmin edir. Yeni iş yerləri yaradılır, əhalinin məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Muxtar respublikamızın iqtisadi gücü artdıqca yeni fəaliyyət sahələri yaranır ki, bu da əmək bazarında iş imkanlarının artmasına səbəb olur. Nəticə etibarilə ixtisaslı kadrlara olan tələbat artır və bu sahədə dövlət dəstəyi gücləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir. Proqramın uğurla icra olunması digər sahələrlə bərabər peşə təhsilinin inkişafına da yeni imkanlar yaratmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş peşə təhsili üzrə kadr hazırlığı aparılması nəzərdə tutulan ixtisasların siyahısında Turizm agenti peşəsi üzrə kursun tədris planı da təsdiq edilmişdir.

Ardını oxu...

Taksi sürücüləri ilə görüş keçirilmişdir

18 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər Nəqliyyat İdarəsində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda görüş keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası  Dövlət Nəqliyyat Xidmətinin Nəqliyyatın təşkili və idarə olunması sektorunun müdiri Natiq Həsənov bildirmişdir ki, sərnişindaşıma xidməti göstərən sürücülərlə xidmət mədəniyyətinin yüksəldilməsi və xidmət səviyyəsinin mövcud tələblərə uyğunlaşdırılması ilə bağlı vaxtaşırı olaraq maarifləndirici söhbətlər aparılmışdır. Natiq Həsənov bu istiqamətdə həyata keçirilən tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını və davamlı xarakter daşıdığını qeyd etmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma sektoru”nun müdiri Süleyman Rüstəmov çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında  qarşıya qoyulmuş vəzifələrdən biri də turistlərə xidmət göstərən nəqliyyat vasitələrinin təklif etdiyi xidmətlərin təkmilləşdirilməsindən ibarətdir. “Turizmin inkişafında taksi fəaliyyətinin rolu” mövzusunda keçirilən bu günkü görüşün məqsədi bu sahədə görülən işləri nəzərdən keçirmək, mövzu ilə bağlı sürücüləri maraqlandıran suallara aydınlıq gətirməkdən ibarətdir.

Ardını oxu...

01070348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
242
4431
10551
1070348

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: