"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Avstraliyalı turist Mark Taylor: “Naxçıvandakı qonaqpərvərlikdən çox razıyam”

May ayının gəlişi və gözəl yaz günlərinin başlanması ilə Naxçıvana səyahət edən turistlərin də sayı birə-beş artıb. Dünyada son iki ildən artıq bir müddətdə davam etmiş  səyahət məhdudiyyətlərinin sona çatması, həftəsonu tətillərinin və  bayram günlərinin də bolluğu səbəbindən bu günlərdə ölkəmizin digər bölgələrindən və eləcə də dünyanın hər yerindən gələn turistləri Naxçıvanda görmək mümkündür. Ötən həftə dünyanın o başından, Avstraliyadan gəlmiş turist Mark Taylorun çıxdığı dünya turunun növbəti destinasiyası olan Naxçıvana marağı da  səfərdən aldığı təəssüratlar kimi zəngin olub. 

Mark Taylor dünyanın bir çox ölkə­sini gəzib. Dediyinə görə, 70 yaşlı bu peşəkar turist komfortlu hotellərdə qalmağa, milli yeməklər dadmağa, rahat nəqliyyat və yaxşı ekskursiya servislərinə pul xərcləməyə hazırdır. Ölkəmizin paytaxtı və digər regionlarla tanışlıqdan sonra Türkiyəyə məhz Naxçıvandan keçib getmək üçün bu marşrutu seçməsində də bu motivlər əsas olub. Naxçıvandakı komfortlu Saat Meydanı hotelində gecələyən avstraliyalı turist Naxçıvanın görməli yerlərindən Duzdağı, qədim Ordubad şəhərini, Naxçıvan şəhərindəki muzeyləri və abidələri çox bəyənib. Azərbaycanın Maçu-Piçusu-Əlincəqala isə onun təsəvvürlərini tamamilə dəyişib. Səyyah deyir ki, indiyə qədər Peruda olmasa da,  Əlincəqalanın bənzərini görmək üçün hökmən oraya da səfər edəcək.  

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının turizm imkanları Birləşmiş Ərəb Əmirliklərində təqdim olunur

Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ən böyük və ən nüfuzlu beynəlxalq sərgilərdən biri hesab edilən "Arabian Travel Market 2022" (ATM) beynəlxalq turizm sərgisi start götürüb.

Sərgidə vahid Azərbaycan stendi altında Naxçıvan Muxtar Respublikası stendi təşkil edilərək muxtar respublikanın turizm potensialı təbliğ olunur.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti, Ağbulaq İstirahət Mərkəzi və 31 yerli turizm şirkəti iştirak edir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı və mövcud turizm məhsulları barədə geniş məlumat verilir, eyni zamanda muxtar respublikanın sağlamlıq turizm potensialı ziyarətçilərə təqdim olunur. 

Sərgidə diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar və Ağbulaq Xizək Mərkəzi sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazır­lanmış bukletlər, “Naxçıvan 4 fəsildə”, “Naxçıvan - Şərqin əfsanəsi” kitabları, eləcə də muxtar respublikada fəaliyyət göstərən hotellər haqqında çap məhsulları, həmçinin yerli istehsal məhsullarımızdan “Badamlı”, “Sirab” mineral suları, Naxçıvan duzu beynəlxalq sərgidə nümayiş etdirilir.

Ardını oxu...

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları da ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Ümummilli liderimiz Heydər Əliyevin çətin, məsuliyyətli, lakin şərəfli və mənalı ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti xalqa və dövlətçiliyə xidmət nümunəsidir. Ulu öndərimiz Azərbaycanın tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirib, hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaldıb.

Ardını oxu...

Naxçıvanın turizm könüllüləri loqosunun təqdimatı keçirilmişdir

6 may 2022-ci il tarixdə Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvanın turizm könüllüləri loqosu”nun təqdimatı keçirilmişdir. Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin icraçı direktoru Cəbi Quliyev dövlətin gənclər siyasətindən danışmış, görülən işlər barədə məlumat vermişdir.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirmişdir ki, turizm müasir dövrdə demək olar ki, əksər ölkələrin müzakirə obyektinə çevrilmiş sahələrdən biridir. Hazırda dünyadakı bütün qabaqcıl ölkələr malik olduqları turizm-rekreasiya ehtiyatlarından ən səmərəli şəkildə istifadə etməklə büdcələrini artırmağa çalışırlar. 

Muxtar respublikada turizm sektoruna dövlət qayğısından danışan direktor bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayını ilbəil artırmışdır.

Ardını oxu...

Duzdağ turizm məhsulu "Wego" platformasında təbliğ olunur

Ölkənin turizm imkanlarının geniş auditoriyaya çatdırılması məqsədilə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platformasında onlayn kampaniyaya start verilib.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Tədbirlər Planı”nın Sağlamlıq Turizmi bölməsinin icrası ilə əlaqədar olaraq Duzdağ turizm məhsulunun inkişaf etdirilməsi məqsədilə Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumatlar da “Wego” platformasına yerləşdirilib.  

Kampaniya çərçivəsində “Wego” şirkətinin feysbuk və instaqram hesabında reklam bannerləri, veb-saytında isə paytaxt Bakıda istirahət, şəhərin qədim və müasir elementlərinin vəhdəti, palçıq vulkanları, eləcə də Şirvan və Qızılağac Milli Parklarında quş müşahidəçiliyi, Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və ölkəyə səyahətin asanlığı kimi məlumatları çatdıran geniş məqalə yerləşdirilib.

Ardını oxu...

Naxçıvanda quş müşahidəçiliyi təbliğ olunur

Naxçıvanda quş müşahidəçiliyi ilə əlaqədar məlumatlar və fotolar məhşur http://www.birdingplaces.eu/ saytına yerləşdirilmişdir. Naxçıvan, Culfa, Haçadağ, Araz çayı və Batabat istiqamətlərində məskunlaşan quşların məskunlaşdığı ərazilər xəritə üzərində qeyd edilmiş və müşahidəçilər üçün ətraflı məlumat verilmişdir. Həmçinin quş müşahidəçiliyi ilə yanaşı muxtar respublikanın turizm potensialı da ön plana çəkilərək Naxçıvanın tarixi, mədəniyyəti, milli yeməkləri və.s bəhs edilmişdir. www.birdingplaces.eu internet saytına yerləşdirilmiş məlumatların içərisində Naxçıvanın flora və faunası barədə qeyd edilmiş və aşağıdakı məqalədə olduğu kimi Naxçıvan ərazisi təsvir edilmişdir.
“Quşçu kimi Naxçıvana səfər etmək çox maraqlı təcrübədir. Bir çox quş müşahidəçiləri üçün bu, Azərbaycana səyahətin əsas məqamıdır, çünki mənzərə, görünüş və hiss çox fərqlidir. Bölgə kontinental iqlimə malikdir, qışı çox soyuq və yayı çox isti keçir. Mərkəzi zonanın çox hissəsi narıncı-qırmızı çöl və ya yarımsəhra ilə örtülmüş quru yüksəklikdən ibarətdir. Araz çayı cənub boyunca uzanır və İranla sərhəddə yerləşir, Kiçik Qafqaz dağları isə ərazinin şimalında ucalır. Bölgə böyükdür, lakin iki-üç gün ərzində əsas quş müşahidə bölgələrini ziyarət edə bilərsiniz. Faunası Azərbaycandan kəskin şəkildə fərqlənir, Türkiyənin şərqi və İranın şimal-qərbi ilə daha çox ortaqdır. Mayda və ya iyunun əvvəlində buraya səfər edərək Azərbaycanın başqa heç bir yerində rast gəlinməyən 10-12 növü görə bilərsiniz. Qarşılaşa biləcəyiniz quşlar arasında Səhra balakəkliyi, Qırmızıquyruqlu çaxraqçıl, Qaya sərçəsi, Səhra qarquşu, Monqol hörücüsü və Bağrıqara kimi növlər mövcuddur”.

Ardını oxu...

01055960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
97
110
1882
4012
1055960

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: