"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda Bağ Evləri yaşayış-istirahət məntəqəsinin təqdimatı olub

Şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bağ təsərrüfatının yaradılması və istifadəsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Uzunoba gölü ətrafında yerləşən 20 hektar istifadəsiz torpaq sahəsi 2019-cu ildən bağ təsərrüfatı yaradılması üçün vətəndaşların istifadəsinə ayrılmış, ərazidə yeni Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınmışdır.

Avqustun 11-də Bağ Evləri yaşayış-istirahət məntəqəsinin təqdimatı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Məlumat verilmişdir ki, bağ ərazilərinin təşkili ərazinin təbii-iqtisadi şəraiti, həmçinin mühəndis, nəqliyyat və sosial infrastrukturu nəzərə alınmaqla əlverişli hesab edilən, dövlət mülkiyyətində olan torpaq sahələri hesabına həyata keçirilir. Ərazidə nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq üçün 3 kilometr asfalt yol çəkilmiş, 1080 metr piyada yolu salınmışdır. Yolun üzərində 17 su keçidi qoyulmuş, 180 metr su kanalı çəkilmiş, 2 körpü əsaslı təmir olunmuşdur. Eyni zamanda Uzunoba Su Anbarında bəndin üzərinə 1900 metr uzunluğunda asfalt örtük salınmışdır.

Ardını oxu...

Kənd turizminin inkişafı ilə əlaqədar olaraq kənd sakinləri ilə maarifləndirici görüş keçirilmişdir

3 avqust 2022-ci il tarixdə Şərur  rayonunun Şahbulaq  kəndində kənd turizminin inkişafı məqsədilə Şərur rayon Şahbulaq kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Şərur rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamal İsmayilov bildirmişdir ki, çox geniş yayılmış kənd turizmi üçün muxtar respublikanın bütün kəndlərində müasir tələblərə cavab verən yüksək şərait vardır. Tarixinin qədimliyi, təbiətinin rəngarəngliyi, mətbəxinin zənginliyi və insanların qonaqpərvərliyi kimi müsbət keyfiyyətləri bu kəndlərdə kənd yaşıl turizminin geniş inkişaf imkanlarından xəbər verir. Mövcud sosial infrastruktur əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəldilməsi nəticəsində komfortlu həyat tərzinə keçid də surətlənir ki, bu da xüsusən isti yay günlərində öz tətilini səfalı dağ kəndlərində keçirmək istəyənlərin sayını artırır.

Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun baş məsləhətçisi Elşən Mehralıyev çıxış edərək bildirmişdir ki, muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına əsaslı təsir etmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infra­struktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilmişdir. Qeyd etmişdir ki, muxtar respublikada bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəşin mövcudluğu burada ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır. Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Anaqut, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələri kənd yaşıl turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdirlər. Məruzəçi bildirmişdir ki, şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər adətən kənd turizminə üstünlük verirlər.

Ardını oxu...

Qeyri-ənənəvi turizm növlərinin inkişafı istiqamətində təbliğat işləri davam etdirilir

 

Quş müşahidəçiliyi quşları təbii mühitdə izləmək, hərəkətlərini araşdırmaq, onların növlərinin müəyyən edilməsində və sayılmasında mühüm əhəmiyyətə malikdir. Quş müşahidəçiliyi turizmin az sərmayə tələb edən, lakin böyük gəlir gətirən növlərindən biridir. Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi, özünəməxsus iqlimi bu torpağa zəngin təbii gözəlliklər bəxş etmişdir və ərazinin təbiəti Azərbaycanın digər bölgələrindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Muxtar respublika ərazisində müşahidə olunan nadir quş növləri böyük maraq doğurur və bu quşlardan bəzilərinə Azərbaycanın digər bölgələrində, ümumiyyətlə, rast gəlinmir. Naxçıvan Muxtar Respublikasının ornito faunasının taksonomik tərkibi 18 dəstə, 54 ailə və 161 nəslə aid 259 növlə təmsil olunur ki, onlardan 64 növü Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir. Bu amil isə, öz növbəsində, muxtar respublikada quş müşahidəçiliyi turizminin inkişafına böyük stimul yaradır. 

Ardını oxu...

“2022-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir

22 iyul 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr  və   2022-ci ilin birinci yarısının yekunları ilə bağlı iclas keçirilmişdir. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2022-ci ilin ötən dövrü ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar turizmi inkişaf edən sektora çevirib. Son illər qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, tarixi və mədəni abidələrin bərpa olunması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni otel və istirahət mərkəzlərinin tikilməsi, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqlarının istifadəyə verilməsi, avtomobil yollarının yenilənməsi turizmin inkişafına təkan vermiş və bu sahənin dinamik inkişafına səbəb olmuşdur.

Ardını oxu...

Naxçıvanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunur

Böyük Britaniyanın Rutland vilayətində 15-17 iyul 2022-ci il tarixləri əhatə edəcək Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində Naxçıvanın ornitoloji turizm potensialı nümayiş etdirilir. Dünyanın 60-dan çox ölkəsinin 250-yə yaxın turizm şirkəti və təşkilatının qatıldığı sərgidə ölkələrin turizm imkanları və turizm məhsulları tanıdılaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.

1988-ci ildən bəri keçirilən beynəlxalq sərgidə hər il Avropa, Asiya, Afrika və Amerikanın bir çox ölkələri iştirak edir. Bu il Azərbaycan ilk dəfə olaraq Qlobal Quş Müşahidəçiliyi sərgisində təmsil olunur. Sərgidə vahid Azərbaycan stendi altında “Naxçıvan Muxtar Respublikası” stendi təşkil edilərək muxtar respublikanın bu sahədə turizm potensialı təbliğ olunur. Sərginin məqsədi muxtar respublikamızın turizm potensialını, muxtar respublikada olan nadir quş növlərini sərgi iştirakçılarına tanıtmaq və Quş Müşahidəçiliyi turizmi üçün əlverişli yerləri təbliğ edərək diyarımıza turist cəlb etməkdən ibarətdir.

Sərgi çərçivəsində Azərbaycanın ornitoloji turizm imkanlarının təqdimatı məqsədilə təşkil olunan xüsusi seminarda ziyarətçilərə muxtar respublikamızdakı biomüxtəliflik, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər  haqqında məlumat verilib.

Ardını oxu...

Kənd turizminin inkişafı ilə əlaqədar olaraq kənd sakinləri ilə maarifləndirici görüş keçirilmişdir

13 iyul 2022-ci il tarixdə Şahbuz rayonunun Ağbulaq kəndində kənd turizminin inkişafı məqsədilə Şahbuz rayon Ağbulaq kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Şahbuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Paşayev bildirmişdir ki, çox geniş yayılmış kənd turizmi üçün muxtar respublikanın bütün kəndlərində müasir tələblərə cavab verən yüksək şərait vardır. Tarixinin qədimliyi, təbiətinin rəngarəngliyi, mətbəxinin zənginliyi və insanların qonaqpərvərliyi kimi müsbət keyfiyyətləri bu kəndlərdə kənd yaşıl turizminin geniş inkişaf imkanlarından xəbər verir. Mövcud sosial infrastruktur əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəldilməsi nəticəsində komfortlu həyat tərzinə keçid də surətlənir ki, bu da xüsusən isti yay günlərində öz tətilini səfalı dağ kəndlərində keçirmək istəyənlərin sayını artırır.

Ardını oxu...

01055960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
97
110
1882
4012
1055960

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: