İyulun 10-da Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində təhsil alan tələbələrin Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil edilmişdir.
Əvvəlcə Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında tarixi abidələrə göstərilən dövlət qayğısı mədəni irsimizin qorunub saxlanması və təbliğinə geniş imkanlar açmışdır.Son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilmiş, 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli abidə pasportlaşdırılaraq dövlət qeydiyyatına alınmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi də elmi və tarixi əsaslarla bərpa edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilmişdir.
İyulun 5-də Qarabağlar Türbə Kompleksi bərpadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Ali Məclisin Sədri çıxış edərək demişdir: Hər bir xalqın mədəniyyətinin inkişafı onun dövlətçilik tarixi ilə bağlıdır. O xalq zəngin mədəniyyətə sahibdir ki, onun böyük dövlətçilik tarixi vardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.
Ali Məclisin Sədri demişdir: Muxtar respublika ərazisindəki tarixi abidələr - qalalar, saraylar və türbələr dövlətçilik tariximizlə birbaşa bağlıdır. ci əsrdə Azərbaycan Atabəylər dövləti paytaxt şəhər kimi Naxçıvanda mədəniyyətin, xüsusilə Əcəmi Naxçıvani sənətinin inkişafına təkan vermiş, dünya əhəmiyyətli abidələr yaradılmışdır. Açılışına toplaşdığımız Qarabağlar Türbə Kompleksi də Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi olmaqla bugünkü və gələcək nəsillərə təqdim etdiyimiz dövlətçilik irsimiz və mədəni sərvətimizdir. Abidələr o vaxt tarixin predmetinə çevrilirlər ki, onlar bərpa və tədqiq olunsunlar. Bu gün biz abidələri təkcə mədəni irsimiz kimi yox, həm də dövlətçilik tariximizin bir hissəsi kimi öyrənməliyik. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Mədəniyyət Nazirliyi ilə birlikdə Qarabağlar Türbə Kompleksində tədqiqat işlərini daha da genişləndirməli, tarixi materiallar toplanmalı, yeni elmi yanaşmalar ortaya qoyulmalı, bura eksponatlarla daha da zənginləşdirilməlidir.
Bu yaxınlarda Naxçıvanda keçirilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri dünya mətbuatında geniş reaksiya doğurmaqdadır. UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılmış və 35 ölkədən 44 xəbər agentliyinin bir araya gəldiyi Asiya və Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) internet portalında bu barədə xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in təntənəli açılış tədbirində iştirak edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Qonaqlar ulu öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Haçadağın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinova hədiyyə etməsi də xəbərdə qeyd olunub.
Bu il mayın 27-28-də Almaniya vətəndaşı Kai Qauqerin rəhbərliyi ilə Almaniya, Avstriya, Danimarka və Böyük Britaniyadan olan tədqiqatçılar Naxçıvan Muxtar Respublikasındakı quş növlərini görmək üçün burada səfərdə olmuşlar.
Kai Qauqer www.birdingaze.blogspot.com internet səhifəsində Naxçıvan səfəri barədə hesabat yerləşdirmişdir. Həmin hesabatı təqdim edirik.
İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımamış, eyni zamanda burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri keçirilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi-mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan Respublikasının mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Bəxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.