"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda ənənəvi GÖYCƏ FESTİVALI keçiriləcək

Mayın 19-u və 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət  nazirlikləri, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçiriləcək .

Festivalın açılışı may ayının 19-da saat 1100-da olacaq.

Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək Göycə Festivalı özünün rəngarəngliyi və müxtəlifliyi ilə sizdə xoş ovqat yaradacaq.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert

Mayın 10-da Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında keçirilən konserti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.

Orkestrin ilk konserti dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operasının üverturasının sədaları ilə başlayıb. Elvin Əliyarovun dirijorluq etdiyi, xormeysteri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərova, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov olan orkestrin ifası alqışlarla qarşılanıb.

Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov xorla birlikdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etdikdən sonra konsertdə xanəndə və müğənnilərin ifasında görkəmli bəstəkarımız Ramiz Mirişlinin “Naxçıvan təranəsi” səslənib. Bu ifalar tamaşaçılarda xoş ovqat yaradıb.

Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun ifasında “Evləri var xana-xana” xalq mahnısı və onun Gülyanaq Fərzəliyeva ilə birlikdə səsləndirdikləri “Arşın mal alan” operettasından “Gülçöhrə və Əsgərin dueti” musiqimizin zənginliyini göstərirdi.

Ardını oxu...

“Euronews” kanalında Möminə xatın türbəsi ilə bağlı reportaj yayımlanıb

Mayın 7-də “Euronews” kanalında Möminə xatın türbəsi ilə bağlı “Möminə xatın türbəsi – memarlıq xəzinəsi” başlıqlı 1 dəqiqə 30 saniyəlik reportaj yayımlanıb. Reportaj bu həftə ərzində hər gün iki və ya üç dəfə olmaqla, 12 dildə yayımlanacaq. 

Reportajda qeyd olunur ki, həftə ərzində Azərbaycanda çəkilən və çox təsirli quruluşa malik olan bir videoçarxa baxma vaxtıdır. Bu, Naxçıvan memarlığının nümunəsi – ­Möminə xatın türbəsidir. 1186-cı ildə yerli siyasi həyatda mühüm rol oynayan Möminə xatının şərəfinə tikilmişdir. Memar Əcəmi Naxçıvani abidədə müxtəlif həndəsi ornament və naxışlar yaratmış, abidə dünya memarlığının şah əsərlərinin sırasına daxil olmuşdur.

“26 metr yüksəklikdə olan türbənin ilk vaxtlar 9 metr hündürlükdə günbəz formalı çardağı olmuşdur”, – deyən müxbir Qalina Polonskaya mənzərəli diyara səfəri zamanı abidə haqqında bildirib ki, Möminə xatın öz həyat yoldaşına, dövrün güclü yerli hökmdarı Şəmsəddin Eldənizə müdrik məsləhətlər verirdi. Ölümündən sonra Şəmsəddin Eldəniz onun məzarı üzərində abidə tikilməsini əmr etdi. Ancaq o da tezliklə vəfat etdi və türbənin tikintisini oğlu başa çatdırdı. Ümumilikdə, türbənin tikintisi 11 il davam edib.

Ardını oxu...

“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilmişdir

Mayın 1-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılışı olmuşdur.

Festival iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə tər gül dəstələri düzmüş və Heydər Əliyev Muzeyini ziyarət etmişlər. 

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının açılışı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, şahmatçıları və qonaqları salamlayaraq demişdir ki, Azərbaycanda şahmatın qədim tarixi var. Lakin intellektual idman növü kimi şahmatın inkişafına ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə nail olunmuş, ötən əsrin 70-ci illərində Azərbaycan şahmat məktəbi formalaşmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə müasir tələblər səviyyəsində şahmat məktəbləri, şahmatın inkişafı ilə bağlı maddi-texniki və tədris bazası yaradılmışdır. Şahmatın inkişafı hər bir ölkənin və xalqın ümumi intellektual potensialını göstərir. Qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası da şahmatın dövlət səviyyəsində himayə olunduğu ölkələrdəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir”.

Ardını oxu...

Qədim diyarımızın mənzərələri xarici turistlərdə maraq doğurur

Naxçıvana səfər edən hər bir səyyah tarixi abidələr, zəngin mədəni nümunələrimizlə yanaşı, təbiət abidələri və unikal ­görüntülü landşaft nümunələrini də maraqla izləməkdə, bunlardan dərin təəssürat almaqdadır. Bu təəssüratlara ilin dörd fəslində də gözəl olan Naxçıvanın hər yerində çəkilmiş yüksəkkeyfiyyətli fotoşəkillərlə dünyanın aparıcı media qurumlarının saytlarında və sosial şəbəkələrdə rast gəlmək mümkündür. Naxçıvana səyahət edən əcnəbilərin sayı artdıqca, ölkə mənşəyi çoxaldıqca bu məlumatlar da artmaqdadır. 

Bu yaxınlarda – 8-10 aprel tarixlərində Naxçıvan Muxtar Respublikasına təşkil olunmuş info-tur çərçivəsində səyahət edən turistlər diyarımızın görməli yerlərində olub, öz təəssüratlarını yazılar və fotoşəkillərlə paylaşıblar. Onlardan Turizm Xəbərləri Agentliyinə məxsus https://travelnews.az saytında yerləşdirilmiş “Yeraltı dünyanın möcüzəsi – Duzdağ mağarası” başlıqlı yazı maraq doğurur. Yazıda Naxçıvanın Duzdağı, onun müalicə imkanları haqqında geniş məlumat verən müəllif burada çəkilmiş fotoşəkilləri də saytda yerləşdirib. 

Ardını oxu...

Muxtar Respublikanın Turizm Departamentinə yeni direktor təyin edildi-SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 24-də Əkbər Novruzovun Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əkbər Nadir oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilsin”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında  Sərəncam imzalayıb. Həmin sərəncamla  Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.

Ardını oxu...

01070367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
113
4450
10570
1070367

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: