"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti azərbaycanlı seçilib

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti seçilib.

Antalyada keçirilən “Hestourex” (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçim toplantısı təşkil olunub. Seçimdə 22 ölkədən 48 nümayəndə iştirak edib.

Tədbirdə səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvü Ceyhun Aşurov ÜSTT-nin baş katibinin müavini seçilib.

Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və gələcək perspektivlər barədə məlumat verib, təşkilatın platformasını elan edib.

Ardını oxu...

Naxçıvanda növbəti “Kətə” festivalı keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikamızda milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Göstərilən dövlət qayğısı nəticəsində son illərdə xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin də sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində ardıcıl işlər görülür. Bu günədək yüksək səviyyədə təşkil olunaraq keçirilmiş “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları – bal”, “Göycə” festivalları məhz muxtar diyarımızın zəngin mətbəxini, süfrə ənənələrini özündə əks etdirməklə yanaşı, həm də bu tədbirlərə kütləvi marağın olması ilə diqqət çəkib.

Aprelin 7-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində başlanan və iki gün davam edəcək “Kətə” festivalı da muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətələrin ­hazırlanması qaydalarının nümayişi və təbliği baxımından əhəmiyyətli hadisədir. 
Tarixi keçmişimizin nostalji ab-havasını milli mətbəximizin zənginliyi ilə qovuşduran Naxçıvanqala artıq ikinci dəfə “Kətə” festivalına şahidlik edirdi. Qələbəliyin hökm sürdüyü muzey kompleksində festivalın şənbə və bazar günlərinə təsadüf etməsi, eyni zamanda havanın günəşli olması muxtar respublika sakinlərinin tədbirdə kütləvi iştirakına şərait yaratmışdı. Həmişə olduğu kimi, bu dəfə də muzey kompleksinin ərazisində muxtar respublikamızın rayonlarından gəlmiş festival iştirakçıları onlar üçün ayrılmış bölmələrdə öz yerlərini tutmuşdular. Eyni zamanda ictimai iaşə xidmətlərinin təşkili də yüksək səviyyədə idi.

Ardını oxu...

Türk-islam mədəniyyətinin nadir nümunəsi – Ordubad Qeysəriyyəsi

Orta əsrlər zamanı Naxçıvan ərazisində türk-islam mədəniyyətinə aid çox sayda müxtəlif təyinatlı memarlıq abidələri inşa edilmişdir. Azərbaycan memarlığının inkişaf etmiş qollarından biri olan Naxçıvan məktəbinin yarandığı və formalaşdığı bu ərazidə həmin vaxt türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən hesab edilən xeyli sayda türbələr, məscidlər, xanəgahlar, buzxanalar, karvansaralar, körpülər, hamamlar, mülki tikintilər və digər abidələr ucaldılmışdır. Belə abidələrdən biri də Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti illərində Ordubad şəhərində inşa edilən və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə abidəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən bu abidə orta əsrlər zamanı əhalinin və şəhərin ticarət-iqtisadi həyatında mühüm rol oynamışdır.

Qeysəriyyələr orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən bazarlar qrupuna daxil idi. Bəzən “Bədistan” da adlanan bu bazarlar üstüörtülü bazarlar tipinə aiddir. Bu bazarlarda, əsasən, xarici ölkələrdən gətirilmiş və ölkə sənətkarları tərəfindən hazırlanmış bahalı mallar, xüsusilə daş-qaş, cavahirat satıldığından onlara əhali arasında “Şah bazarı” da deyilirdi. Qaynaqlardan məlum olur ki, orta əsrlər zamanı hər şəhərdə Qeysəriyyə olmamışdır. Məsələn, XVII əsrdə Mərənd şəhərində 3000 ev, 7 məscid, 3 karvansara, 5 hamam, 600 dükan, 70-ə qədər gəzməli xiyaban olsa da, orada Qeysəriyyə yox idi.

Ardını oxu...

Naxçıvan fotoqraf və səyahətçilərin gözü ilə

Qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı Naxçıvan Muxtar Respublikasının turizm potensialını ilbəil artırır. Hər il yüz minlərlə turist muxtar respublikaya səfər edir, bu qədim diyarın tarixi-mədəni irsi ilə tanış olurlar. Min illərlə yaşı olan tarixi abidələr – türbələr, qalalar, qədim yaşayış məskənləri turistlərdə, xüsusilə xarici ölkə vətəndaşlarında böyük maraq doğurur. Onlar ölkələrinə qayıtdıqdan sonra nüfuzlu mətbuat orqanlarında, sosial şəbəkələrdə Naxçıvanla bağlı fotoşəkillər paylaşır, öz təəssüratlarını bölüşürlər. Belə materiallardan ikisi ilə sizi tanış edirik.

Fotoqraf Sitarə İbrahimova: Gözlərinizi Azərbaycanın “Maçu Piçu”suna yönəldin

Bu ilin yanvar ayında fotoqraf Sitarə İbrahimova Naxçıvan Muxtar Respublikasına səfər etmişdir. Naxçıvandan böyük təəssüratla qayıdan Sitarə İbrahimova Böyük Britaniyada fəaliyyət göstərən məşhur “Calvert Journal” elektron nəşrinin “İnstagram” səhifəsində Əlincə­qalanın şəklini yerləşdirərək yazmışdır: “Gözlərinizi Azərbaycanın “Maçu Piçu”suna yönəldin. Tarixi Əlincəqala Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı dağın zirvəsində yerləşir. Bu ərazi Şərqdə ilk sivilizasiyanın beşiyi hesab olunur”.

Ardını oxu...

Azərbaycan Turizm Assosiasiyasının yeni komitəsi təsis edilib

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) yeni komitəsi təsis edilib.

Bu barədə AZƏRTAC-a qurumun idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib.

“AZTA –nın idarə heyətinin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə komitə yaradılıb. Yeni komitənin artıq ilk iclası keçirilib. İclasda inzibati məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş üzrə komitənin rəhbəri vəzifəsinə Samirə Quliyeva seçilib. Bununla da Azərbaycan Turizm Assosiasiyasının komitələrinin sayı 5-ə çatıb. Bunlar gəlmə turizm, getmə turizm, nəqliyyat məsələləri, otellərlə iş və bələdçilərlə iş üzrə komitələrdir”, – deyə Göydəniz Qəhrəmanov bildirib.

Qeyd edək ki, Samirə Quliyeva “Guide Services” şirkətinin rəhbəridir.

 

 

 

Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya yola salınıb

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində martın 26-da Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdlər Bakıya çatıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını folklor və rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar.

Qrupun rəhbəri, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Pənah İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 160 şagird, 20 bələdçi-müəllim Bakıya gəlib. Budəfəki səyahət də əvvəlkilər kimi yaddaqalan olacaq. Şagirdlər üç gün ərzində paytaxtımızın tarixi abidələri ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər.

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin şagirdi Aysun Nağdəliyeva “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməkdən çox məmnun olduğunu söyləyib. Bu layihə çərçivəsində paytaxtımızın tarixi abidələri ilə yaxından tanış olmaq imkanı qazandığını deyən məktəbli səfərdən zəngin təəssüratlarla qayıdacağını və burada gördükləri barədə məktəbli dostlarına da geniş məlumat verəcəyini söyləyib.

Ardını oxu...

01070366
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
113
4449
10569
1070366

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: