"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq Kulinariya Günü qeyd olunub

Oktyabrın 20-də Beynəlxalq Kulinariya Gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə milli yeməklərimizdən ibarət sərgiyə baxış olub.

Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir.  Milli mətbəx mədəniyyətimiz coğrafi baxımdan tarixən geniş bir arealda yayılıb, azərbaycanlıların qədimdən yaşadıqları əraziləri əhatə edib. Yurdumuzun hər bir regionunun öz adət-ənənələri olduğu kimi, Naxçıvanın da özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti vardır. Burada süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi süfrəyə böyük ehtiram göstərilib, süfrə estetikası və etikasına son dərəcə dəqiqliklə əməl olunub. Naxçıvan mətbəxinin bu zəngin mənzərəsi, muxtar respublikamızda kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır.

Ardını oxu...

Muxtar respublikanın landşaft ekzotikliyi turizmin inkişafı üçün geniş imkanlar açır

Turizm bölgələrində ən çox diqqətçəkən tərəflərdən biri ərazilərin təbii zənginliklərə malik olmasıdır. Xüsusilə belə bölgələrdə müxtəlif təbiət abidələrinin mövcudluğu landşaft turizminin inkişafına lazımi şərait yaradır. Bəs landşaft turizmi nədir? Bu turizm növü hansı ehtiyatları özündə birləşdirir?

Əvvəlcə onu qeyd edək ki, “landşaft” sözü beynəlxalq termin olub, almancadan tərcümədə “yerin xarici görünüşü” deməkdir. Elmi ədəbiyyatda tərifi belədir ki, landşaft bütün əsas komponentləri mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleksdir. Bu termin ilk dəfə XIX əsrin əvvəlində alman A.Qommeyer tərəfindən coğrafi ədəbiyyatda işlədilmişdir. Həmin termin Rusiya coğrafiyasında təbii ərazi komplekslərinin sinonimi kimi L.S.Berqin, Q.F.Morozovun, V.H.Sukaçovun, A.A.Qriqoryevin və başqalarının əsərlərində öz əksini tapmışdır.

Ardını oxu...

“Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında internet aksiya keçirilib

Muxtar respublikamızda turizmin bir çox növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin muxtar respublikamızda dayanıqlı, effektiv və rəqabətədavamlı sahəyə çevrilməsinə nail olmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu ilin 8 ayında muxtar respublikamıza 243 mindən çox turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Ardını oxu...

27 sentyabr Turizm işçiləri günüdür. Naxçıvanda turizmin inkişafı üçün davamlı tədbirlər görülür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Müasir dünyada turizm sənayesi ən dinamik inkişaf edən və gəlirli sahələrdən biridir. Azərbaycanda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə turizmin inkişafı, turizm və ekskursiyaların coğrafiyasının genişlənməsi 1970-1980-ci illərə aid edilir. Bu, ümummilli lider Heydər Əliyevin həmin sahəyə bilavasitə diqqəti və qayğısı nəticəsində mümkün olmuşdur. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.

Ardını oxu...

“Turizmdə reklam və təbliğatın rolu” mövzusunda seminar keçirilib

Sentyabrın 21-də “Naxçıvan” Universitetində bu təhsil ocağının Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə “Turizmdə reklam və təbliğatın rolu” mövzusunda seminar keçirilib. Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin iş planına əsasən təşkil olunub.

Tədbiri “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Hüseyn Bağırsoylu açaraq belə tədbirlərin keçirilməsinin məqsəd və əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, turizm ilə bağlı keçirilən tədbirlər tələbələrin bu sahədə peşəkar kadr kimi yetişməsində və dünyagörüşünün artmasında əhəmiyyətli rol oynayır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Republikasında turizmin inkişafı üçün görülən tədbirlər ilbəil dinamik xarakter alır. Qədim diyarımızda turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün gözəl perspektivlər mövcuddur. Bərəkətli torpaq, saf su, bol günəş, zəngin mətbəx mədəniyyəti, təmiz hava, zəngin dərman bitkiləri, qədim mədəni irs və tarixi abidələr deməyə əsas verir ki, gələcəkdə bu sahədə daha uğurlu nəticələrə nail olmaq üçün hər cür şərait var.

Ardını oxu...

“Zaviyə” adlı bina yalnız Naxçıvandadır

Bu bina haqqında nə bilirik?

Naxçıvan şəhərinin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə – “Zaviyə” məhəlləsində tarixi-memarlıq abidəsi kimi tanınan Zaviyə-Mədrəsə binası əvvəllər məscid kimi fəaliyyət göstərib.
Məscid binasının zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin memarlıq ənənələrinin məhsulu olduğunu göstərir. Binanın indiki interyer quruluşu böyük salondan, ona bitişik vestibüldən, ikimərtəbəli iki yardımçı otaqdan və dolama pilləkənləri olan minarədən ibarətdir. Salonun və digər tikililərin sferik günbəzləri dağıdıldığından XIX əsrin sonlarında düz xətti örtüklə əvəz edilib. Giriş qapısı qərb tərəfdəndir. 

Ardını oxu...

01070361
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
113
4444
10564
1070361

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: