"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Beynəlxalq Rəsm Festivalının iştirakçıları muxtar respublikanın tarixi mədəni abidələri ilə tanış olublar

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, Mədəniyyət Nazirliyinin və Rəssamlar Birliyinin təşkilatçılığı ilə bu gün açılışı olacaq festivalda 14 ölkədən 63 rəssam iştirak edəcək.

Mayın 22-də qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar. 

Naxçıvan Dövlət Xalça Muzeyində olan festival iştirakçılarına bildirilib ki, hazırda burada 3 mindən çox eksponat var. Muzeyin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.

Ardını oxu...

Daş abidələri qoruyan muzey

Qədim diyarımızda muzeylərin fəaliyyətinə göstərilən diqqət və qayğı nəticəsində yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, cəmiyyətin həyatında mühüm rol oynayan uğurlu işlər kimi tarixə düşür.

Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yaradılıb. 

“Xan Sarayı” Dövlət Tarix-­Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova bu mədəniyyət müəssisəsi haqqında bizi məlumatlandırdı. O bildirdi ki, muzeyin yaradılmasında əsas məqsəd xalqımızın mifoloji və dini baxışlarını özündə əks etdirən maddi-mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi və təbliğ edilməsidir. İlk dəfə 80 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 400-dən çox eksponat sərgilənir. Burada mifoloji və dini dünyagörüşlə əlaqədar olan 226 qoç heykəli, daş kitabə, qəbirüstü abidə, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbir­üstü sənduqələr, daşla bağlı məişət əşyaları qorunub nümayiş etdirilir. Dəyirmandaşı, tikinti üçün istifadə olunan daşlar, dibəkdaşı, daş qablar vaxtilə xalqımızın məişətində geniş istifadə olunub. Ekspozisiyada nümayiş etdirilən zoomorf abidələri isə təbii proseslər nəticəsində yaranan abidələrdir.

Ardını oxu...

“Euronews” telekanalı “Açıqcalar” silsiləsinin növbəti buraxılışını Duzdağın sirlərinə həsr edib

Dünyanın aparıcı telekanallarından olan “Euronews” Naxçıvanın tarixi-­mədəni irsini və turizm imkanlarını əks etdirən tanıtım videosüjetlərinin yayımına başlayıb, Möminə xatın türbəsi, Haçadağla bağlı reportajların ardınca telekanalın rusdilli versiyasının saytında Duzdağ barədə “Azərbaycan açıqcaları – Duzdağ dağının sirri” başlıqlı videoreportaj da yerləşdirilib.

“NUHÇIXAN” xəbər verir ki, “Euronews” əməkdaşları Qalina Polonskaya və Pol Tunin ötən ay Naxçıvana səfər edərək bu qədim diyarda çəkilişlər aparıblar. 12 xarici dildə yayımlanan və dünyada milyonlarla izləyicisi olan “Euronews”un budəfəki reportajı və məqaləsi Duzdağa həsr olunub. Vurğulanır ki, burada milyonlarla ton duz ehtiyatı var. Naxçıvan şəhərindən 14 kilometr aralıda yerləşən Duz dağı müalicəvi xüsusiyyəti olan təbii xəzinədir. Hələ qədim İpək yolunun mövcud olduğu vaxtlar burada daşduz çıxarılırdı. XX əsrdən isə Duzdağdan tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün istifadə etməyə başlayıblar. Duzun iyi artıq içəri girən kimi hiss olunur. Amma müalicə effektini almaq üçün ən azı 5 saat burada qalmaq lazımdır.

Ardını oxu...

Dadı və tamı ilə seçilən Naxçıvan göycəsi

Muxtar respublikamızda bir çox istiqamətlərdə festivalların keçirilməsi artıq ənənə halını alıb. Son illərin yeniliyi kimi bu sırada kənd təsərrüfatının inkişafı, diyarımızda yetişdirilən müxtəlif növ məhsulların daha geniş formada təbliği məqsədilə təşkil olunan festivallar da xüsusi qeyd olunmalıdır ki, onlardan biri də “Göycə” festivalıdır. Bu qiymətli meyvə məhsulu ilə bağlı festivalın təşkilində başlıca amillər hansılardır? Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovla həmsöhbət olduq. O bildirdi ki, Naxçıvan tarixən əkinçiliyin inkişaf etdiyi və özünəməxsus bağçılıq ənənəsi və iqlim müxtəlifliyi ilə seçilən bir diyardır. Mənbələrdə bu qədim diyarda bağçı­lığın üç min beş yüz ildən çox tarixə malik olduğu qeyd edilir. Muxtar respublikanın əlverişli torpaq-iqlim şəraiti burada gözəl ətrə və ləziz tama malik olan yüksəkkeyfiyyətli meyvələr yetişdirilməsinə imkan verir.

Hələ XV əsrdə yaşamış tarixçi səyyahların yazılarında qeyd olunur ki, Naxçıvanda olduğu qədər dadlı və ləziz meyvə sortları dünyanın heç bir yerində yoxdur. Burada yetişdirilən meyvələr təzə halda və qurudularaq daxili bazarla yanaşı, xarici ölkələrdə də özünə alıcı tapıb. 

Bu qədim diyarda meyvəçilik XIX əsrin əvvəllərindən başlayaraq daha geniş müstəviyə qədəm qoyub. Ötən əsrin 70-80-ci illərində isə meyvə-tərəvəz məhsullarının emalı üçün konserv zavodlarının yaradılması meyvəçilikdə yeni inkişaf mərhələsinin başlanmasına səbəb olub.

Son illər meyvəçiliyin gəlirli sahə kimi inkişaf etdirilməsinə xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə qəbul edilən “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na əsasən bu illər ərzində məqsədyönlü tədbirlər həyata keçirilib. İstehsalçılara meyvə bağlarının salınması üçün güzəştli kreditlər ayrılıb və meyvə məhsullarının saxlanması üçün soyuducu anbarlar tikilib istifadəyə verilib. Ali Məclis Sədrinin 2016-cı il 8 fevral tarixli ­Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” isə bu istiqamətdə daha geniş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ötən müddət ərzində bu sahədə xeyli iş görülüb, yeni meyvə bağları salınıb. Bu zaman yerli və məhsuldar, həmçinin xalq seleksiyaçılarının yetişdirdikləri itməkdə və unudulmaqda olan sortlara üstünlük verilib.

Ardını oxu...

“Qədim və müasir Naxçıvan” kitabının təqdimatı olub

Mayın 18-də Çin Xalq Respublikasının “HUAWEI Technologies Co.LTD” şirkətinin dəstəyi ilə nəşr olunmuş “Qədim və müasir Naxçıvan” kitabının təqdimatı olub.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov tədbirdə çıxış edərək deyib ki, ötən ilin noyabr ayında Çin Xalq Respublikasının “Huawei” şirkətinin təşəbbüsü ilə Naxçıvanla bağlı kitab hazırlanması haqqında razılıq əldə edildikdən sonra “Huawei Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssilərindən ibarət işçi qrupu yaradılıb. Nəticədə, bu gün təqdimatı keçirilən “Qədim və müasir Naxçıvan” kitabı ərsəyə gəlib. Kitabda Naxçıvanın tarixi abidələri, turizm imkanları, mədəniyyət və incəsənət, elm və təhsil sahələri, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı barədə ətraflı məlumat verilir. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab 8 fəsildən ibarətdir və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Ardını oxu...

Muzeylər xalqımızın maddi-mənəvi sərvətlər xəzinəsidir

Naxçıvanda muzey işinin özünəməxsus inkişaf tarixi vardır. XIX əsrin sonlarında böyük yazıçı-­dramaturq Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır. 1924-cü ildə Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi təşkil edilmiş, 1926-cı ildə isə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 1925-ci ildə Azərbaycan üzrə yaradılan cəmiyyətin bir şöbəsi kimi fəaliyyət göstərməyə başlayan “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyətinin də muzeyin zənginləşməsində xidmətləri olmuşdur.

Ardını oxu...

01070367
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
11
113
4450
10570
1070367

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: