"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda turizmin inkişafı diqqət mərkəzindədir

Turizm müşavirəsində qarşıya qoyulan vəzifələr icra olunur

Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.  

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 91 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur.

Ardını oxu...

Gənclərin Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ali məktəblərində təhsil alan gənclərin Culfa rayonundakı Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxış edərək bildirmişdir ki, 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilmiş, müşavirədə qarşıya bir çox tapşırıq və vəzifələr qoyulmuşdur. Tapşırıqların icrası məqsədilə hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən gənclərin muxtar respublikanın tarix-mədəniyyət abidələrinə ekskursiyalarının təşkili Nazirlik tərəfindən diqqətdə saxlanılmışdır. Bu günki ekskursiya da bu qəbildən olan tədbirlərdəndir. Qeyd edilmişdir ki, Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı əsasında bərpa edilmişdir. Bərpa işlərindən sonra abidə iyun ayının sonlarında istifadəyə verilmiş və ziyarətçilərin üzünə açılmışdır. Gülüstan türbəsi Azərbaycan xatirə memarlığının dəyərli nümunəsidir. Bildirilib ki, abidə dünya əhəmiyyətlidir və Əcəmi memarlıq məktəbinin yadigarı olmaqla tariximizi yaşadır.

Ardını oxu...

Beynəlxalq Kulinariya Günü qeyd olunub

Oktyabrın 20-də Naxçıvan Dövlət Film Fondunda Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov açaraq əlamətdar günün əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi qeyd olunamsı haqda qərar qəbul edib.

Ardını oxu...

Naxçıvanda bal festivalı uğurla başa çatdı

15-16 oktyabr 2016-cı il tarixlərində "Naxçıvanqala Tarix- Memarlıq Muzey Kompleksində" "Arıçılıq məhsulları - Bal" festivalı keçirilib. Muxtar respublikanın bütün rayon və şəhərlərindən 210 arıçının qatıldığı festival 2 gün davam edib.

Ardını oxu...

Naxçıvanda “Arıçılıq məhsulları - bal festivalı” keçirilib

Oktyabrın 15-də Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları - bal festivalı” keçirilib.

Tədbirin aparıcıları qeyd ediblər ki, bu il ərzində qədim tariximizi yaşadan “Naxçıvanqala”da 5 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və Yallı” festivalları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Arıçılıq insan məşğuliyyətinin ən qədim növlərindən olub, tarixən inkişaf etmiş gəlirli və olduqca faydalı təsərrüfat sahələrindən biridir. Azərbaycanda da arıçılıq və bal istehsalı ilə eramızdan əvvəlki dövrlərdən məşğul olunması haqqında tarixi mənbələrdə məlumatlar vardır. Arıçılıqla, balla bağlı yaranan zərb-məsəllər, atalar sözləri də bu sahəyə tarixən göstərilən diqqətin nəticəsidir.

Ardını oxu...

"Naxçıvan" Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının "Naxçıvan" Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüşü olub.

Tədbiri "Naxçıvan" Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açaraq bildirib ki, "Naxçıvan" Universiteti tarixi inkişaf yolu keçən, yüksək­ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni tədris korpuslarının tikilib istifadəyə verilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir.

Ardını oxu...

00517858
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
102
391
1156
5978
517858

Tarix: 25-02-2021
Biz, sosial şəbəkələrdə: